Alimlər ölümcül infeksiyanın 6 formasını tapdı
19-07-2020, 09:31
London Kral Kollecinin alimləri koronavirusun yaratdığı xəstəliyin altı əsas formasının olduğunu bəyan ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Bildirilib ki, hər bir formanın fərqli simptomları mövcuddur və bu ciddi fəsadların inkişaf riskini təyin etməyə imkan verir. “Qripə bənzər” adlandırılan birinci və ikinci halda insanlarda baş ağrısı, qoxunun itməsi, öskürək və boğaz ağrısı ola bilər.
Birinci qrupda əzələ və sinə ağrıları olduğu halda, ikinci qrupda sinədə səs-küy, hərarət və iştahsızlıq olur.
Üçüncü formada (Mədə-bağırsaq – Red) infeksiya insanda ishal, iştahsızlıq, sinə ağrısı yaradır, ancaq öskürək olmur.
Dördüncü qrupa daxil (Yorğunluq – Red) olan xəstələrdə aşağıdakı simptomlar olur: baş ağrısı, qoxu itkisi, öskürək, hərarət, öskürək, sinə ağrısı, daim yorğunluq.
Alimlər beşinci və altıncı formaları ağır hallar hesab edirlər. Belə ki, bu forma baş ağrısı, qoxu itkisi və iştahsızlıq, öskürək, qızdırma, boğaz və sinə ağrısı, yorğunluq, fikrin qarışıq olması ilə xarakterizə olunur.