Koronavirusdan sağalanlarda bu izlər qalır-YENİ FAKTLAR
11-08-2020, 10:55
ABŞ-ın Miçiqan Universitetinin neyrobioloqu Natali Tronson koronavirusdan sağalan insanlarda COVİD-19-un qoyduğu izləri tədqiqat nəticəsində aşkar edib və bildirib ki, bu məqama indiyə kimi diqqət yetirilməyib.
Cebhe. info xəbər verir ki, onun tədqiqatlarının nəticələri barədə "MedicalXpress" jurnalı məqalə dərc edib.
Mütəxəssis tədqiqat nəticəsində aşkar edib ki, koronavirus xəstəliyindən sağalan insanların beynində xəstəliyin ciddi izləri qalır. "Belə ki, xroniki yorğunluq sindromu koronavirusdan sağalan xəstələri uzun müddət müşayiət edir. Eyni zamanda Qiyena-Barre sindromu da özünü göstərir. Bu sindromlar periferik əsəb sisteminə də pis təsir edir",- bu sözləri sözügedən jurnal Tronsonun tədqiqatının nəticələri barədə yazıb.
Tronson həmçinin bildirib ki, koronavirusun bir çox simptomları əslində, immun sisteminin müdafiə reaksiyası ilə bağlıdır.