Kremlə uzanan qətlin tarixçəsi:MƏRKƏZİ AFRİKADA ÖLDÜRÜLƏN JURNALİSTLƏR "VAQNER"İN BADINA GEDİB

11-08-2020, 18:26           
Kremlə uzanan qətlin tarixçəsi:MƏRKƏZİ AFRİKADA ÖLDÜRÜLƏN JURNALİSTLƏR "VAQNER"İN BADINA GEDİB
Luis Muc
“Əl-Cəzirə”, 10.06.2020

2018-ci ilin iyul ayında üç Rusiya jurnalisti – Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko Rusiyanın özəl hərbi şirkəti barədə sənədli film çəkmək üçün Mərkəzi Afrika Respublikasına (MAR) yola düşüb. Paytaxt Banqiyə gəldikdən sonra onlar “Wagner”-dən olduğu söylənilən rus təlimçilərin iqamət yerinə – cənub-qərbdəki Berenqodakı düşərgəyə getməyə çalışıblar. Daha sonra şimala yol alıblar və iyulun 30-da onların nəqliyyat vasitəsi Banqinin şimalındakı Sibut şəhərindən 25 km uzaqlıqda pusquya düşüb. Üçlük öldürülüb, amma sürücüyə toxunulmayıb.
Ertəsi gün Moskvadakı həmkarlarımdan həyəcanlı telefon zəngləri aldım. Növbəti bir neçə gün ərzində sızan məlumatlara əsasən, qətlin silahlı quldurların işi olduğuna dair rəsmi iddialara şübhələr meydana gəlib, çünki maşından qiymətli heç nə götürülməyib.
Bəzi KİV-lər, sürücünün dediyinə əsasən, rusiyalı jurnalistlər 2012-ci ildən hökumətlə qarşıdurmaya başlayan müsəlman silahlı qrupunun fəaliyyət göstərdiyi Seleka bölgəsindən kənarda olsa da, ərəbcə danışan silahlı şəxslər tərəfindən öldürüldülər.
Jurnalistlərlə işləyən insanlar mənə deyiblər ki, öldürülməmişdən əvvəl qatillər şərqdəki Bambari şəhərində yerləşən BMT ofisinin əməkdaşı olduğu iddia edən bir nəfərlə məsləhətləşiblər.
Jurnalistlər Bambari istiqamətində hərəkət edib, ancaq fərqli, şimaldakı Dekoaya gedən yolda öldürülüblər. Onlar gecə Sibutdan çıxıb, polis və jandarma idarələrinin gözündən yayınıblar, onlardan hərəkət icazəsi almaq isə asan məsələ deyil.
Araşdırılan mövzunun həssas olduğunu nəzərə alaraq, suallar cavablardan daha çoxdur.
Hadisədən 2 il sonra belə qətllə bağlı vəziyyətin müəyyənləşdirilməsi üçün xeyli iş görülüb. Sürgün olunan rus oliqarxı və Kremlin tənqidçisi Mixail Xodorkovskinin yaratdığı “Dosye” Mərkəzi dərin araşdırma aparıb. Xodorkovski 3 jurnalisti sənədli film çəkmək üçün işə götürəndə, Təhqiqat İdarə Mərkəzini (rusca ixtisarı – SUR) maliyyələşdirirdi.
On minlərlə telefon danışığının təhlili və iki müstəntiq qrupunun Mərkəzi Afrika Respublikasına göndərilməsi ilə icra olunan istintaq, ən azı, qətlin əvvəlcədən düşünülmüş olduğunu və Mərkəzi Afrika Respublikası səlahiyyətlilərinin apardığı təhqiqatın nəticəsinə uyğun gəlmədiyini aydınlaşdırıb.
Müstəntiqlər qətldən bir neçə dəqiqə əvvəl eyni yolda görünən və qətlə qədərki günlərdə jurnalistlərin sürücüsü ilə çoxsaylı telefon danışıqlar aparan bir afrikalı jandarmdan şübhələndiyini bildiriblər.
Keçən il CNN bu jandarmın Mərkəzi Afrikada bir rus təlimçisi ilə əlaqədə olduğuna dair dəlillər tapıb.
Son 2 ildə jurnalistlər və “Human Rights Watch”-un sürücünü tapmaq səyləri uğursuz olub. Rusiya Xarici İşlər Nazirliyi qətldən bir neçə gün sonra silahlı soyğunçuluq fərziyyəsini irəli sürüb. Bununla birlikdə, “Dosye” Mərkəzinin hesabatında “Wagner” qrupu ilə əlaqəli və Rusiya prezidenti Vladimir Putinə yaxın olduğu deyilən oliqarx Yevgeni Priqojinin işçilərinin “ibtidai istintaqa faktiki olaraq məhdudiyyətsiz təsir” göstərdiyi iddia olunub.
Cinayətlər Rusiyanın Mərkəzi Afrika Respublikasında iştirakının əhəmiyyətli dərəcədə artdığı bir vaxtda baş verib. 2017-ci ildən başlayaraq MAR prezidenti Fosten-Arşan Tuadera Rusiya ilə ənənəvi müttəfiqliyindən bir addım irəli ataraq, Kremllə bir sıra hərbi müqavilələr imzalayıb.
2018-ci ildə BMT-nin Mərkəzi Afrika Respublikası üzrə Ekspertlər Şurası silahlı qrupların yenidən silahlanmasının Rusiya ilə əlaqəli olduğunu sənədləşdirib.
Rusiya kəşfiyyatının keçmiş rəsmisi Valeri Zaxarov prezident Tuaderanın müşaviri olub və 2018-ci ilin əvvəlinə qədər “Wagner”-dən olduğu iddia edilən təkcə rus hərbi təlimçilərin deyil, həm də “mülki təlimçilər”in sayı artıb. Bu təlimçilərin həm üsyançı, həm də hökumətin nəzarətində olan bölgələrdə olması barədə xəbərləri eşidilir.
Mərkəzi Afrika Respublikasında xüsusilə, münaqişə dövründə jurnalistika təhlükəli bir peşədir. Camal, Rastorquyev və Radçenkonun öldürülməsindən 4 il əvvəl Fransanın fotoqraf jurnalisti Kamill Lepaj ölkənin qərb hissəsində işləyərkən qətlə yetirilib. Onun öldürülməsi ilə bağlı istintaq asta sürətlə davam edir.
Ancaq rus üçlüyünün işi fərqlidir. “Dosye” Mərkəzi həm qatillərin şəxsiyyətini, həm də jurnalistlərə edilən hücumun motivasiyasını müəyyənləşdirmək üçün potensial dəlillər müəyyən edib. Hadisədən 2 il keçib, Mərkəzi Afrika müstəntiqlərinə və prokurorlarına ədalətin təmin olunmasında dəstək verməliyik. Mütləq!
Tərcümə: Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.