Koronavirusa qarşı "möcüzəvi dərman" adıyla satdı-7 nəfər ÖLDÜ-VİDEO
14-08-2020, 11:27
ABŞ-da palatarlar üçün olan zəhərli ağartıcını koronavirusa qarşı "möcüzəvi dərman" kimi satan şəxslər saxlanılıb.
Sonxeber.az xəbər verir ki, ABŞ-da koronavirusun müalicəsini tapdıqlarını iddia edən və "möcüzəvi dərman" adı altında sataraq 7 amerikalının ölmünə səbəb olan Mark Qrenon və oğlu Kolumbiyada tutulub.
Kolumbiya prokurorları "Möcüzəvi dərmanı"nın və ya MMS adlı maddənin palatarlar üçün zəhərli bir ağartıcı olduğunu açıqlayıblar. İyul ayında Florida prokurorları Grenon və onun üç oğlunu suiqəsd və saxtakarlıqda ittiham ediblər. ABŞ-da axtarışda olan Qrenon və bir oğlu, Kolumbiyada polislər tərəfindən saxlanılıb. Kolumbiya rəsmiləri Grenonu ABŞ-a təhvil verəcəklərini açıqlayıblar.
Qeyd edək ki, ABŞ-ın Florida şəhərində özünün qurduğu bir kilsənin kardinalə olduğunu iddia edən Qrenon üç oğlu ilə birlikdə 2019-cu ildən bəri bir çox xəstəliyi "möcüzə dərmanlar" ilə müalicə etdiklərini iddia edərək satıblar. Koronavirus pandemiyasının başlaması ilə Qrenon koronavirus qarşı effektli olduğunu iddia etdiyi dərmanı satmağa başlıyıb və nəticədə bundan istifadə edən 7 amerikalı, zəhərlənərək ölüb.