Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA

15-08-2020, 11:08           
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA
Avqustun 14-də Azərbaycanda gündəlik yoluxanların sayı 3 rəqəmliyə yüksəlib. Belə ki, 103 nəfər koronavirusa yoluxub, 221-i isə sağalaraq evə buraxılıb. Gündəlik yoluxanların sayı artma dinamikası ilə davam edərsə Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, Operativ Qərargahın və Milli Məclisin deputatlarının bəziləri də qeyd etmişdi ki, yumşalmalar olanda sonra yoluxanların sayı arta bilər:

"Təəssüf ki, deyilənlər öz əksini tapdı. İstənilən ölkədə sərt karantin rejimi yumşalmalara doğru gedəndə belə hallar baş verir. Çünki bəzi insanlar hələ də öz sağlamlığını qorumaq düşüncəsi ilə deyil cərimə ödəməmək üçün maskanı çənəsinə və boğazına taxır. Təəssüf ki, belə insanlar hələ də var.
Yumşalmaya gediləndə insanlarda 3 sadə qaydalara əməl etməsi istənilmişdi. O qaydalar maska taxmaq, sosial məsafəni qorumaq və sanitar gigyenik qaydalara əməl etmək idi. Bu 3 məsələ vacibdir. Ancaq bu qaydalara riayət edərək xəstəlikdən az itkilərlə qurtula bilərik. Təəssüf ki, yumşalmalara gediləndən sonra görürük ki, insalar qaydalara əməl etmir.
Bu da təbii olaraq gündəlik yoluxanların sayını artıra bilər. Əslində bugünkü rəqəm o qədər də qorxulu deyil. Amma bu mənfi dinamika davam edərsə,

Operativ Qərargah bütün məsələləri analiz etdikdən sonra yenidən sərtləşməyə doğru gedə bilər. Bu gün dövlətin qarşıya qoyduğu əsas məsələ insanların sağlamlığını qorumaqdır. Əlbəttə dövlət istəməz ki, sərt karantin rejimi tədbiq etsin.

Çünki belə olan halda bütün müəssisələr bağlanılır, sahibkarlıq fəaliyyəti dayanır. Bu da iqtisadiyyata mənfi təsir edir. Bu gün Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində vətəndaş amili dayanır. Dövlət sərt karantin rejimi tədbiq edilən zaman insanlarımızın sosial vəziyyətinin yaxşılaşdırmaq üçün çox mühüm addımlar atır. Sahibkarlara da dövlət dəstəyi göstərilir. Mənfi dinamika inkişaf edərsə sərt karantin rejimin yenidən tədbiq edilməsi istisna deyil. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargah vəziyyəti nəzarətdə saxlayır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.