İnternet provayderlərinin xidmət səviyyəsinə görə reytinqi AÇIQLANDI – ARAŞDIRMA
15-08-2020, 21:23
Müasir dövrdə həyatımızı internetsiz təsəvvür etmək çox çətindir.Demək olar ki, gün ərzində əldə etdiyimiz və ötürdüyümüz informasiyanın ən azı70%-i internet adlanan qlobal şəbəkənin payına düşür. Belə olan halda keyfiyyətli internet haqqında yaxşı düşünmək lazımdır. Başqa sözlə desək bizə internet xidmətini təklif edən provayderi düzgün seçməliyik.
Bəs Azərbaycandaistifadəçiləri etibarını qazanmış internet provayder hansıdır?
Metbuat.az xəbər verir ki,aparılmış sorğu nəticəsində bəlli olub ki,ölkədə internet istifadəçilərinin 37 faizi düşünür ki, başqalarından yaxşı olan yalnız bir internet provayder şirkəti var.
Respondentlərin 41 faizi fəaliyyətdə olan bütün internet provayder şirkətlərinin xidmətlərini eyni səviyyədə hesab edir.
Keyfiyyətli xidmət göstərən internet provayderlərinin sayınınbir neçə olduğunu düşünənlərin sayı isə 21 faizdir.
Ölkədə internet provayderlər arasında birinci pillədə qərarlaşan “KATV’’ şirkətidir.
Sorğu iştirakçılarının 23 faizi “KaTv” ni tanıyır. Başqalarından yaxşı yalnız “Katv”-ni daha yaxşı hesab edənlərin sayı isə 26 faizə bərabərdir.
43 faiz istifadəçi isə deyib ki, “Katv”- nin internet xidmətləri çox yaxşıdır.
2005-ci ildə Milli Televiziya və Radio Şurası tərəfindən kabel yayımı üçün “KATV”-ə lisenziya verilib. Hal-hazırda şirkət tərəfindən “KATV” xidmətlərinə qoşulmaq üçün 90 km. optik, 80 km. magistral və 140 km. submagistral xətt çəkilib.
Həmçinin “KATV” öz müştərilərinə fiber-optik şəbəkələr üzərindən internet şəbəkəsinə məhdudiyyətsiz 100 Mbit/s sürətli qoşulma xidmətini təqdim edir.
Araşdırmada iştirak edən sorğu iştirakçılarının 14 faizi “Bakinternetin” internet xidmətlərini tanıdığını bildirib.
Sorğunun nəticələrinə əsasən ən yaxşı internet provayderi “Birlink”, “City net” və “Bakinternet''-dir. Sorğu iştirakçılarının 20 faizi bu internet xidmətlərindən razı olduqlarını bildiriblər.
Bununla da“Birlink” internet provayderi “KaTv”dən sonra üçüncü ən yaxşı internet provayderi sayılır.
14 faiz respondent isə “Birlink”-in keyfiyyətli internet xidməti göstərdiyini təsdiqləyib.
Əsasən Bakı şəhəri və ətrafında fəaliyyət göstərən “Aile.net”, “City net” və ’’Azeronline” internet provayderlərinin adını 5-8 faiz istifadəçi çəkib.
23 faiz internet istifadəçisi hesab edir ki, “Aile.net” keyfiyyətli xidmət göstərən bir neçə provayderdən biridir. 11 faiz internet istifadəçisi isə yalnız “City net”-in ən yaxşı olduğundan əmindir.
Aparılmış statistik araşdırmaya əsasən çox da məmnun olmasalar da daha çox istifadə edilən internet provayder şirkəti “Aztelekom”-dur.
Belə ki, “Aztelekom” MMC-nin genişzolaqlı internet xidməti 33 faiz istifadəçi tanıyır. Onlardan 21 faizi düşünür ki, “Aztelekom”-un internet xidməti keyfiyyətlidir.
Sorğu iştirakçılarının 9 faizi “Aztelekom”-u digər internet provayderlərdən daha yaxşı hesab edir.
Regionlarda əhalinin internetə olan tələbatı və istəyi nəzərə alınaraq 2004-cü ildə “Aztelekom”un internet provayderi yaradılıb. "Aztelekom" Azərbaycanın regionlarında (Bakı şəhəri və Naxçıvan MR istisna) yaşayan bütün abunəçiləri genişzolaqlı internet xidməti ilə təmin edir.
Ümumi olaraq 4 faiz “SNTV”, 3 faiz “Data Plus”,’’Álfanet” və “Connect” isə 2 faiz sorğu iştirakçısının tanıdığı bir internet provayder şirkətidir.
Aparılmış sorğu nəticəsində məlum olub ki, Azərbaycanda aylıq internet üçün orta statistik ödəniş 16 manatdır.
Qeyd edək ki, məqalədə istifadə olunan iqtisadi göstəricilər Metbuat.az-ın "ERA" Marketinq Mərkəzindən aldığı məlumatlara əsaslanır.