Sürücülərə ÜZÜCÜ XƏBƏR: Burada avtomobil saxlayan cərimələnəcək - VİDEO

16-08-2020, 10:11           
Sürücülərə ÜZÜCÜ XƏBƏR: Burada avtomobil saxlayan cərimələnəcək - VİDEO
Bakı Dəmiryolu Vağzalının yaxınlığında nəqliyyat vasitəsini park edərkən daha diqqətli olmaq tövsiyə edilir. Çünki, Bakı Nəqliyyat Agentliyi tərəfindən dayancaqdan bir neçə metr aralı, yəni yolun hərəkət hissəsində avtomobilini park edən sürücülərin cərimə olunmasına başlanılıb.

Publika.az xəbər verir ki, sürücülər avtomobillərini yolun düz hərəkət hissəsində park ediblər. Elə bu səbəbdən də 2 hərəkət zolağından ibarət olan yolda hərəkət edən digər nəqliyyat vasitələri ya qarşı zolağa keçirlər, ya da yolda dayanaraq tıxaca səbəb olurlar.

Qeyd edək ki, həmin sürücülər inzibati xətalar məcəlləsinin 346.1-ci maddəsi ilə yəni, dayanma-durma qaydalarının pozulmasına görə 20 manat miqdarında cərimə edilirlər. Bununla yanaşı, hərəkətə maneə olan nəqliyyat vasitələri evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırlır. Mais Ağayev sürücüləri qaydalara əməl etməyi, xüsusi ilə də marşurt avtobuslarının hərəkətinə mane olmamağı tövsiyə edir.

Ətraflı "Xəzər Xəbərin" reportajında:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru