Koronavirusla bağlı yeni iddia: Hələ 2012-ci ildə...

17-08-2020, 00:09           
Koronavirusla bağlı yeni iddia:
Koronavirusun mənşəyi barədə yeni iddia ortaya atılıb.

Belə təxmin edilir ki, o, insanlara hələ 2012-ci ildə adaptasiya olunub. Bu barədə "The Sun" virusoloq Conatan Laetm və bioloq Ellison Uilsona istinadən yazıb.

Onlar bildiriblər ki, Çində yarasalardan keçdiyi iddia olunan xəstəliklə bağlı araşdırma aparıblar və bu zaman çinli həkimlərin çıxışları da analiz edilib.

Həmçinin Yunnan əyalətində xəstə şaxtaçıları müalicə edən həkimlərin çıxışları da dinlənilib.

Yoluxanlarda koronavirus simptomları görünüb - quru öskürək, sümük ağrıları,yüksək temperatur. Həkimlər xəstələri süni tənəffüs aparatına bağlayıblar. 6 xəstədən üçü vəfat edib.

Uhan laboratoriyası da bu xəstəliyin aşkarlandığı şaxtaçılar üzərində tədqiqat aparıb və nümunələr analiz olunub. Nümunələrdən bu xəstəliyin də atipik pnevmoniyaya bənzərliyi müəyyən olunub. Beləliklə, tədqiqatçılar belə qərara gəlib ki, koronavirus hələ o zaman insan orqanizminə adaptasiya olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru