Dizaynlı maskalar, 300 milyonluq peyvənd, avtomobil qazandıran müayinə...
17-08-2020, 03:47
Ən qorxulu pandemiyalar zamanı hökumətlər nəyə əl atır, insanlar necə qorunurdu?
Karantin rejimi, məhdudlaşdırıcı tədbirlər, qoruyucu maska, sosial məsafə... Bəşər tarixi bütün bunlara əsrlər əvvəl də şahidlik edib. Ölümcül virusların səbəb olduğu epidemiya və pandemiyalar bütöv şəhərlərin əhalisini məhv edib, qurbanlarının sayına görə bəzən ən böyük savaşları da geridə qoyub.
Maraqlıdır, həmin dönəmlərdə dövlətlər hansı tədbirlərə əl atıblar, insanlar qorxulu viruslardan özlərini necə qoruyublar?
"MediaPost" xəbər verir ki, qorxulu xəstəliklərin tüğyan etdiyi dövrlərdə hökumətlər infeksiyanın yayılmasını önləmək üçün müxtəlif üsullar düşünüblər. Bəziləri bütün əyləncə məkanlarını bağlayıb, bəziləri insanların bədənində peyvəndin olub-olmadığını yoxlamaq üçün küçələrə xüsusi nəzarətçilər qoyub, bəziləri isə qoruyucu maska taxmaq tələbilə kifayətləniblər.
Dizaynlı maskalar, 300 milyonluq peyvənd, avtomobil qazandıran müayinə...
Məsələn, vərəmin sürətlə yayıldığı dövrdə Şotlandiya hökuməti insanların müayinədən keçməsini stimullaşdırmaq üçün maraqlı ideya düşünmüşdü. Rentgendən keçən hər bir şəxs avtomatik lotereya bileti qazanırdı, əsas uduş isə avtomobil idi.
500 MİLYON YOLUXMA, 100 MİLYON ÖLÜ...
Virus və cansıxıcı karantindən təngə gələn insanlar isə özlərini əyləncələrlə təsəlli edirdilər. Məsələn, gizli məclislər təşkil edir, şəhəri şüarlar yazılmış lövhələrlə dolaşır, saç düzümlərini dəyişir və qoruyucu maskalarına müxtəlif dizaynlar verirdilər.
"Almanlara qalib gəlindi, qripə isə yox ", "Gəlin, bir müddət bir-birimizdən gizlənək və hər şeyi olduğu kimi qəbul edək" kimi, şüarlar yazılan lövhələrlə gəzən fəallar ən böyük qrip pandemiyasından qorunmaq üçün vətəndaşları sosial məsafə saxlamağa çağırırdılar.
Dizaynlı maskalar, 300 milyonluq peyvənd, avtomobil qazandıran müayinə...
"İspan qripi" insanlıq tarixindəki ən kütləvi pandemiya idi. Birinci dünya savaşının son aylarında bütün dünyanı başına almışdı. Və qısa zamanda pandemiyadan ölənlərin sayı savaşda həyatını itirənlərin sayını üstələmişdi. Müxtəlif rəqəmlərə görə, həmin vaxt dünya əhalisinin üçdə biri (500 milyondan çox insan) bu virusa yoluxmuşdu. Ölənlərin sayının isə 17 milyondan 100 milyona qədər olduğu iddia edilirdi.
VİRUSDAN DANIŞMAQ QADAĞANDIR!
O dönəmlərdə ABŞ yoluxmanın ocağına çevrilmişdi. Savaşda iştirak edən ölkələr üçün tətbiq edilən hərbi senzura epidemiyanın başlaması ilə bağlı məlumatların yayılmasını qadağan etmişdi. 1918-ci ilin yazında qripin yayılması ilə bağlı ilk məlumatı həmin savaşda neytral mövqe tutan İspaniya yaymışdı. Bu səbəbdən də xəstəlik "İspan qripi" adını almışdı.
O vaxta qədər ölkədə artıq 18 milyon insan, o cümlədən kral XIII Alfonso da virusa yoluxmuşdu.
Dizaynlı maskalar, 300 milyonluq peyvənd, avtomobil qazandıran müayinə...
İnkişaf etmiş nəqliyyat əlaqələrinə görə qrip virusu ən qısa müddətdə bütün dünyaya yayıldı. Bəzi dövlətlərin hökumətləri sərt karantin tədbirlərinə qərar verdi. Məktəblər, məhkəmələr, teatrlar və kilsələr bağlandı, müştərilərin mağazalara girmələrinə icazə verilmədi, sifarişlər dükanlardan kənarda çatdırıldı, ictimai nəqliyyat vasitələrinin salonları xüsusi "antivirus" spreyləri ilə dezinfeksiya edildi.
Dizaynlı maskalar, 300 milyonluq peyvənd, avtomobil qazandıran müayinə...
Dükanlarda və bərbərxanalarda işçilər müştəriyə qoruyucu tibbi maskada xidmət göstərməli idilər. İnsanlara ictimai yerlərdə maska taxması tövsiyə olunurdu. Nyu-York Səhiyyə İdarəsi vəziyyəti belə təsvir etmişdi: ölməkdənsə gülünc görünmək daha yaxşıdır.
SAĞLAM GƏNCLƏRİ ÖLDÜRƏN VİRUS
Maraqlıdır ki, "İspan qripi" 20 yaşdan 40 yaşa qədər olan gənc və sağlam insanları öldürürdü. Profilaktik tədbir kimi, müxtəlif təşkilatların və sənaye müəssisələrinin işçilərindən boğazlarını xüsusi dezinfeksiyaedici maye ilə yaxalamaq tələb olunurdu. ABŞ-ın bəzi ştatlarında isə görüşərkən əl sıxmaq qadağan idi.
Dizaynlı maskalar, 300 milyonluq peyvənd, avtomobil qazandıran müayinə...
"İspan qripi"nin yayılmasını Birinci Dünya müharibəsində iştirak edən ölkələrin qoşunlarının kütləvi hərəkəti də sürətləndi. Dünyanın müxtəlif nöqtələrində - ABŞ-dan Yaponiya və Cənubi Afrikaya qədər bütöv kəndlərin əhalisi ölürdü. Pandemiya qurbanlarını qayda-qanuna uyğun dəfn etmək üçün qəbirqazanlar belə, çatışmırdı. Bu hallarda ümumi qəbirlər qazır, ölüləri tabut və qəbirdaşı olmadan basdırırdılar.
"İspan qripi" bütün sahələrə güclü zərbə vurmuşdu. Film sənayesi də istisna deyildi. Bir il ərzində xəstəlik təkcə Los-Ancelesdə üç min insanın ölümünə səbəb olmuşdu. Təkcə böyük film studiyaları deyil, yerli distribütorlar da "boğulmağa" başlamışdı. Məsələn, 1 il içində "Paramount" təqribən iki milyon (indiki pulla 30 milyon) dollar itirmişdi.
QORUYUCU MASKA, YOXSA AKSESUAR?
Ötən əsrin əvvəllərindəki epidemiyalar zamanı insanlar qoruyucu maskalarla bağlı maraqlı eksperimentlər aparırdı. Maska üçün fərqli forma və materiallar seçir, bəziləri hətta onu paltarının rəngi ilə uyğunlaşdırırırdı. Maskalar təkcə şəxsi müdafiə vasitəsi kimi deyil, həm də moda aksesuarı kimi istifadə olunurdu.
Dizaynlı maskalar, 300 milyonluq peyvənd, avtomobil qazandıran müayinə...
Bəşəriyyəti uzun illərdir sınağa çəkən daha bir qorxulu xəstəlik vərəmdir. Bu günə qədər hər il təxminən 2 milyon insan bu xəstəlikdən ölür. 1918-ci ildə Fransada hər altıncı ölüm vərəmdən olurdu. 20-ci əsrdə Kox çöpü təxminən 100 milyon insanın ölümünə səbəb olmuşdu.
Şotlandiya hökuməti vətəndaşları vərəmə tutulub-tutulmadıqlarını bilmək üçün müayinədən keçməyə təşviq edən tədbirlər həyata keçirirdi. Məsələn, küçələrdən keçən parlaq, işıqlı tramvayların üzərində nəhəng lövhə olurdu. Həmin lövhələrdə əhaliyə çağırış edilirdi ki, rentgendən keçsinlər. İnsanlara prosedurun asan, anonim və ən əsası - soyunmadan həyata keçiriləcəyi vəd edilirdi.
MÜAYİNƏDƏN KEÇ, HƏDİYYƏ QAZAN!
“MediaPost” bildirir ki, müayinədən keçənlərə lotereya bileti qazanmaq şansı yaradılırdı. Baş mükafat da avtomobil idi. Digər mükafatlar arasında soyuducu, televizor, paltaryuyan maşın, hətta iki nəfərlik tətil də vardı.
Səhiyyə Nazirliyi ümid edirdi ki, bu həyəcan insanları rentgendən keçməyə həvəsləndirəcək. İnsanlar öz sağlamlığı üçün olmasa da, mənfəəti üçün bunu edəcək.
YARIM MİLYARDI MƏHV EDƏN "ÇİÇƏK"
Dizaynlı maskalar, 300 milyonluq peyvənd, avtomobil qazandıran müayinə...
XX əsrdə dünya vərəmlə yanaşı, çiçək xəstəliyi ilə də mübarizə aparmalı oldu. Bu amansız xəstəlik təxminən 500 milyon insanın ölümünə səbəb oldu.
Nyu-Yorkda 7 yoluxma və 2 nəfərin ölümü xəbəri yayılan kimi təşviş başladı. Şəhər meri Villiam O'Dvayer son 10 ildə peyvənd olunmayan bütün sakinləri xəstəxanalarda təcili peyvənd olunmağa çağırdı. Merin çağırışından sonra peyvənd olunmaq üçün uzun növbələr yarandı.
İnfeksiyadan təsirlənən bəzi şəhərlərdə karantin tədbirləri tətbiq edilirdi. Yollarda xüsusi yoxlama məntəqələri qurulur, evdən çıxmadan əvvəl sakinlər nəzarətçiyə peyvənd izlərini göstərirdilər.
Xəstəliyi aradan qaldırmaq üçün 1967-1979-cu illərdə aparılan kampaniya ABŞ-a 298 milyon dollara başa gəlmişdi. Yerli peyvənd və karantin tədbirləri öz bəhrəsini verdi - çiçək xəstəliyi tarixdə kütləvi peyvəndlərlə məğlub edilən ilk yoluxucu xəstəlik oldu.
Dizaynlı maskalar, 300 milyonluq peyvənd, avtomobil qazandıran müayinə...
Yatalaq xəstəliyi də bir neçə əsrdir yer kürəsinə hücum edir. XX əsrdə epidemiya Rusiyada ən yüksək həddə çatdı. 1922-ci ildə təxminən 30 milyon yoluxma qeydə alındı. Təkcə Vətəndaş Müharibəsi illərində xəstəlik üç milyon insanın, əsasən mülki şəxslərin həyatına son qoydu.
Yatalağa qarşı ilk peyvənd iki dünya savaşı arasında polşalı zooloq Rudolf Veyql tərəfindən hazırlandı. Lakin daha ucuz və daha az təhlükəli dərmanlar yalnız II Dünya savaşı illərində ortaya çıxdı.
Bu xəstəliyə yoluxanlar şəhər xəstəxanalarında təcrid olunur, qohumları ilə yalnız otaqlarının pəncərələrindən əlaqə saxlaya bilirdilər.
YENƏ QRİP, YENƏ PANDEMİYA...
Dizaynlı maskalar, 300 milyonluq peyvənd, avtomobil qazandıran müayinə...
1968-ci ilin əvvəlində Honkonqda qrip pandemiyası başladı. Əvvəlcə xəstəliyə yalnız 65 yaşdan yuxarı olan dənizçilər və gəmi sərnişinləri tutulurdu. Sonradan virus sürətlə yayıldı və ümumilikdə dünyada bir milyona yaxın insan bu xəstəlikdən həyatını itirdi.
Tədricən qrip Avropanın əksər hissəsinə yayıldı. Qış aylarında Londonda kəskin ağırlaşmaları olan xəstələrin sayı pik həddə çatdı. Yoluxanlar arasında çox sayda həkim də vardı.
Xüsusi təhsili olmayan qızlar və qadınlar könüllü olaraq tibb bacılarına köməyə gəlirdilər. O vaxtdan bəşəriyyət bir neçə epidemiya və pandemiya ilə savaşmalı olub. Onların arasında ən dəhşətliləri vəba (bir neçə milyon ölü), HİV infeksiyası (təxminən 36 milyon ölü), donuz qripi (təqribən 200 min ölü), Ebola (təqribən 13 min ölü) və hələ də peyvəndi tapılmayan, can almağa davam edən COVID-19-dur...
Tərcümə "MediaPost"a məxsusdur