Chrome-a batareya və prosessor istifadəsini optimizasiya edən yenilik gəlir
18-08-2020, 09:01
Chrome həm sürəti, həm performansı ilə kompüterlərdə ən çox istifadə edilən brauzerdir. Lakin Chrome-un bir sıra mənfi cəhətləri var. Bunlar daha çox ram istifadə etməsi, prosessoru yük altına salması və daha çox batareya (noutbuklarda) istifadə etməsidir. Qısaca Chrome brauzeri resurs canavarıdır. Bunu görən Google şirkəti gec də olsa bəzi yeniliklər edərək batareya və prosessor istifadəsini optimizasiya etmək niyyətinə gəldi.
Chrome brauzerinə əlavə ediləcək olan yeni meta əlavələri ilə brauzer daha az batareya istifadə edəcək və prosessoru çox istifadə etməyəcək.
TheWindowsClub tərəfindən verilən məlumata görə Google şirkəti web saytların Chrome brauzeri üçün daha optimizasiya edilmiş rejimə keçməsinə imkan yaradacaq. Bu prosedur hesabına Chrome brauzeri saytların yenilənmə sürətini azaldaraq və daha az kodun işləməsini təmin edərək noutbuklarda batareya sərfiyyatının daha da azalmasına səbəb olacaq. Həmçinin bu yenilik ilə video konfrans kimi funksiyalar təklif edən ağır web saytların prosessoru daha az istifadə etməsi də gözlənilir.
Verilən bir digər məlumata görə isə Google şirkəti bu yeniliyi Chrome bruazerinin v86 və v87 versiyalarında istifadəyə vermək istəyir. Lakin bu versiyaların nə vaxt çıxacağı hələki bəlli deyil. Technote olaraq bizə görə Chrome brauzerinin ən mənfi cəhəti çox ram istifadə etməsidir və bu illərdir ki, belədir. Ümid edirik ki, Google nə vaxtsa bu problemə də həll yolu tapar.
Milli.Az