Dünyanın qorxulu “yuxu”su (VİDEO)

20-08-2020, 17:41           
Dünyanın qorxulu “yuxu”su (VİDEO)
Artıq 9-cu aydır ki, planetimizin qorxulu yuxusuna çevrilən "COVID-19" infeksiyası bütün dünya ölkələrini özünütəcrid rejiminə keçməyə məcbur edib.

Hətta dünyanın ən inkişaf etmiş ölkələri də bu virus qarşısında aciz qalaraq və onunla mübarizə tədbirləri həyata keçirməyə davam edirlər. İnsanlardan isə tələb olunan yalnız bir şey var – özlərinin və yaxınlarının həyatını qorumaq üçün yaxın təmasdan çəkinmək və fərdi qoruyucu vasitələrdən istifadə etmək. ÜST də bütün dünya əhalisinə bununla bağlı dəfələrlə çağırışlar edib, onlara sadə qaydalara əməl etmələrini tövsiyyə edib. Çünki koronavirus infeksiyasına yoluxma hər an baş verə bilər və bütün bəşəriyyət buna hazır olmalıdır. Son vaxtlar yoluxmanın azalması ilə bağlı bir çox dünya ölkələrində tətbiq edilmiş məhdudiyyətlərdə yumşaldılmalar aparıldı, lakin bu yumşaldılmalarla da yoluxma sayı gözlənilməz sıçrayışla artma tempinə doğru davam etdi.

Hazırda ölkəmizdə də xüsusi karantin rejiminin yumşaldılmasına baxmayaraq son günlərdə yoluxma sayının artması müşahidə olunur. Bu da o deməkdir ki, koronavirus adlı düşmən hər zaman yaxındadır və hücuma keçmək üçün fürsət gözləyir.

Ziba Nəbiyeva bildirir ki, bununla bağlı QHT-lər də ictimai nəqliyyatda, ərzaq mağazalarında və müxtəlif yerlərdə maarifləndirmə və tövsiyyə monitorinqlər keçirir, insanlara fərdi qoruyucu vasitələrdən istifadə etməklə Covid-19-la yanaşı digər yoluxucu xəstəliklərdən də qorunmaları barədə məlumat verirlər.

Bəs hazırda ölkəmizdə vətəndaşlar karantin qaydalarına hansı dərəcədə riayət edirlər?

Qeyd edək ki, ÜST də müxtəlif dünya ölkələrində yeni kütləvi yoluxmaların artması ilə əlaqədar pandemiyanın ikinci dalğasının olmasını da istisna etmir. Mütəxəssislərin fikrincə yoluxmaların artması vətəndaş məsuliyyətsizliyi ilə əlaqədardır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.