Lotu Qulinin qətli özünümüdafiə zəminində baş verib - VƏKİL

21-08-2020, 09:00           
Lotu Qulinin qətli özünümüdafiə zəminində baş verib - VƏKİL
Kriminal avtoritet Nadir Səlifovun qətli özünümüdafiə zəminində baş verib.

Publika.az xəbər verir ki, bu barədə "SalamNews"a mərhumun qətlində şübhəli bilinən “Xan Əhmədlinski” kimi tanınan Xəqan Zeynalovun vəkilləri bildiriblər.

Məlumatda tərəflər arasında mübahisə yarandığı, daha sonra Nadir Səlifovun odlu silahla Zeynalova atəş açaraq yaraladığı deyilir. İttiham olunan tərəf yalnız bundan sonra özünü müdafiə etmək üçün Səlifova atəş açdığını istintaqa açıqlayıb.

Xatırladaq ki, "Lotu Quli" kimi tanınan azərbaycanlı "qanuni oğru" Nadir Səlifov cümə axşamı gecə saatlarında Türkiyənin Antalya şəhərində yaşadığı hoteldə güllələnərək qətlə yetirilib. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru