170 min dollar hara qeyb olub- Rusiyalı bloqer azərbaycanlı vəkili məhkəməyə verdi - VİDEO

23-08-2020, 18:45           
170 min dollar hara qeyb olub- Rusiyalı bloqer azərbaycanlı vəkili məhkəməyə verdi - VİDEO
Tanınmış rusiyalı bloqer Olqa Leybman azərbaycanlı vəkil Elman Paşayevdən şikayətçidir.

KONKRET.az xəbər verir ki, Olqa özünün sosial media hesabında başına gələn əhvalatı bölüşüb.

O bildirib ki, ABŞ-da yaşayan rəfiqəsinin vəkilə ehtiyacı olub. Olqa da öz növbəsində həmin vaxt dostluq etdiyi Elman Paşayevi məsləhət görüb. Bloqerin sözlərinə görə, rəfiqəsi Paşayevin istədiyi məbləği – 170 min dolları onun vasitəsilə vəkilə göndərib. Nəticədə nə iş həll olunub, nə də pul geri qaytarılıb.

Əksinə, Elman Paşayev Olqadan heç bir pul almadığını bildirib.

Bloqer bu məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini, əlində pulu verməsi ilə bağlı sübutlat olduğunu deyir.

Bloqer bu məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini, əlində pulu verməsi ilə bağlı sübutlat olduğunu deyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru