Xan Bakinskinin ailəsi haqda İLK DƏFƏ – Özündən böyük bacısı…

25-08-2020, 00:03           
Xan Bakinskinin ailəsi haqda İLK DƏFƏ – Özündən böyük bacısı…
Bir müddət əvvəl qətlə yetirilmiş kriminal lider Nadir Səlifovun qatili Xaqan Zeynalov (Xan Bakinski) haqda yeni təfərrüatlar məlum olub.

Qazet.az-a etibarlı mənbədən daxil olan məlumata görə, 1995-ci il təvəllüdlü Xaqan Zeynalov Bakının Bayıl qəsəbəsində böyüyüb.


Xanın uşaqlığı Aqil Quliyev küçəsində yerləşən məşhur “Generalskiy dvor”da keçib.

Məlumata görə, ailədə iki uşaq olub. Xaqanın özündən başqa böyük bacısı var. Mənbə Xaqanın daha sonradan ailəsi ilə birlikdə Əhmədli qəsəbəsinə köçdüyünü bildirib.

Əlavə edək ki, Bayıl qəsəbəsindəki məşhur “Generalskiy dvor”da müxtəlif illərdə hazırkı Müdafiə Naziri Zakir Həsənov ,Tibb Universitetinin keçmiş rektoru Əhliman Əmiraslanov, əməkdar artist Aygün Bəylər da yaşayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru