Koronavirusdan ən çox ölən xəstələr kimlərdir? - ARAŞDIRMA

26-08-2020, 10:12           
Koronavirusdan ən çox ölən xəstələr kimlərdir? - ARAŞDIRMA
ABŞ-ın Tulane Universitetinin alimləri yüksək təzyiq, piylənmə və şəkərli diabetdən əziyyət çəkən COVID-19 xəstəsinin infeksiyanın səbəb olduğu ağırlaşmalardan öldüklərini təsbit edib.

Publika.az xəbər verir ki, həyat üçün təhlükəli amillər “EurekAlert!” saytında yayımlanıb.

Tədqiqatçılar martın 30-dan aprelin 5-dək xəstəxanaya yerləşdirilən 287 COVID-19 xəstəsi üzərində araşdırma aparıb. Xəstələrin orta yaşı 60-dan yuxarı olub. Ən çox görülən vəziyyətlər: hipertoniya (80 faiz), piylənmə (65 faiz), diabet (54 faiz) və aşağı sıxlıqlı lipoprotein (39 faiz) olub. Bütün xəstələr metabolik sindrom diaqnozu ilə (bütün halların 66 faizi) və onsuz olmaqla iki qrupa ayrılıb.

Məlum olub ki, metabolik sindromlu xəstələrin 56 faizi reanimasiya şöbəsinə yerləşdirilib, 48 faizi üçün mexaniki ventilyasiya tələb olunur, 37 faizi kəskin tənəffüs çətinliyi sindromundan əziyyət çəkir və sadəcə 26 faizi dünyasını dəyişib. İkinci qrupda bu göstəricilər müvafiq olaraq 24, 18, 11 və 10 faiz təşkil edib.

Metabolik sindrom beş vəziyyətdən ən azı üçünün birləşməsidir: hipertoniya, yüksək qan təzyiqi, piylənmə, yüksək trigliseridlər və yüksək sıxlıqlı lipoprotein ilə əlaqəli “yaxşı” xolesterin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.