“Koronavirusdan qorunmanın üç yolu var” - Rəşid Mahmudov AÇIQLADI

27-08-2020, 19:49           
“Koronavirusdan qorunmanın üç yolu var” - Rəşid Mahmudov AÇIQLADI
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı koronavirusla mübarizə çərçivəsində karantin rejiminin bir müddət də uzadılmalı olduğunu vurğulayıb. O, fikrini yoluxma sayının artma ehtimalı ilə əsaslandırıb.
Məsələyə münasibət bildirən Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov Yenisabah.az-a açıqlamasında deyib ki, əgər yoluxma çoxdursa, deputat düz deyir, yox, əgər sayı yalandan artırırlarsa, belə bir addım atılmamalıdır:
“Virusdan qorunmanın üç yolu var: maska, sosial məsafə və əlləri yumaq. Həkimlərin ölüm hadisələri barədə düz məlumat verib-vermədiyini yoxlamaq lazımdır. Bundan siyasət kimi istifadə edilib-edilmədiyinə diqqət yetirilməlidir. Xəstəxanalara baş çəkib yoluxmanın doğruluğuna baxılmalıdır. Virusu analiz edirlər, 10 nəfər yoluxursa, yüz yazırlar, yoxlayın, yalan yazmağa, saxtakarlıq etməyə icazə verməyin. Analiz olunan yerlərdə virusa yoluxan şəxslər ad-soyadı ilə yazılmalıdır, bu araşdırma nəticəsində əsas rəqəm məlum olur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.