ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin mütəxəssisləri hansı qadınların koronavirusdan ölüm riskinin yüksək olduğunu açıqlayıb.
Teref.az xəbər verir ki, bu barədə “The Washigton Post” məlumat yayıb.
Bildirilib ki, 22 yanvar – 3 oktyabr 2020-ci il tarixləri arasında toplanan statistik göstəricilər daha çox hamilə qadınların koronavirusdan öldüyünü göstərir. Tədqiqat zamanı 19 min hamilə qadının məlumatları nəzərə alınıb. Bunlardan 33 nəfərinin öldüyü və ölüm riskinin 0,2 faiz çox olduğu qeyd edilib.
Alimlər COVID-19 infeksiyasından ölüm riskinin artmasını hamilə qadınların bədənindəki dəyişikliklərlə əlaqələndirirlər. Bətnində körpəsi olan qadınlara daha çox oksigen lazımdır, ağciyər tutumu azalır, ürək döyüntüsü daha yüksəkdir və immunitetdə də dəyişikliklər ola bilər. //Open.az