Pentaqon rəhbərinin istefa xəbəri rəsmən təkzib olundu

6-11-2020, 10:10           
Pentaqon rəhbərinin istefa xəbəri rəsmən təkzib olundu
Rəsmi Pentaqon ABŞ-ın Müdafiə naziri Mark Esperin istefası ilə bağlı xəbərləri təkzib edib.

“NBC-nin reportajı böyük səhvdir və çaşdırıcıdır. Aydın şəkildə bildirmək istəyirəm ki, Müdafiə naziri Esperin istefaya getmək niyyəti yoxdur və ondan heç kim istefaya getməyi xahiş etməyib”, - deyə Pentaqon sözçüsü Conatan Hoffman öz “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, M. Esperlə hazırkı Prezident Donald Tramp arasında münasibətlər yaxşı deyil və ötən gün Müdafiə nazirinin istefa xəbəri yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru