Ermənilər Gəncədə öldürdükləri Arturun üzərində iyrənc oyun qurdular - FOTO
7-11-2020, 00:08
Ermənilərin iyrənc oyunları bu dəfə Gəncə hadisələrində dünyasını dəyişən 13 yaşlı Artur Mayakovun üzərində qurulub.
Söhbət ondan gedir ki, uşağın anası milliyətcə rus olan Anna Mayakova ermənilərin təsiri altında sosial şəbəkələrdə yalan məlumatlar yayır, övladı və övladının atası Ramil Quliyevlə bağlı həqiqətə uyğun olmayan məlumatlar paylaşır.
Bəs əslində həqiqət nədir?
Teref.az xəbər verir ki, apardığımız araşdırma zamanı bu həqiqəti ortaya çıxardıq. Belə ki, Artur Mayakov 2007-ci il də Rusiyanpn Yesuntiki şəhərində dünyaya gəlib. Uşağın atası Ramil Quliyevdir. Artur Mayakov dünyaya gəlməzdən öncə, yəni 2006-cı il də Ramil Quliyev dünyasını dəyişib. Lakin Ramilin anası və digər yaxınları Artur Mayakovu daim axtarır, dəfələrlə Yesuntiki şəhərinə gedir, nəvəsinin ad günlərini qeyd edir, bir sözlə mütamadi olaraq Artur Mayakovu diqqət və qayğı ilə əhatə etməyə çalışırlar.
Quliyevlər ailəsi bir neçə dəfə qadına övladına atasının soy adını verməsini tələb edib. Lakin Anna Mayakova bu tələbdən daima imtina edib. Bir müddət sonra isə Anna Mayakova övladını atasının qohumlarına ümumiyyətlə göstərmək istəmir. Qadın bu addımına heç bir səbəbi izahat da vermir. Sonradan məlum olur ki, Anna Mayakova yaşadığı Yesuntiki şəhərində erməniyə ərə gedib və erməni olan ikinci əri azərbaycanlı bir uşağın öz yaxınlarına göstərilməsinə icazə vermir. Lakin bir müddət sonra Quliyevlər ailəsinə Yesuntikidən məktub gəlir. Məktubu göndərən Artur Mayakovun nənəsi olan İrina adlı qadın olur. “Gəlin övladınızı götürün yoxsa Arturu uşaq evinə verəcəyik.”
2016-cı il də Artur Mayakov hər iki tərəfin razılığı ilə öz vətəninə, ata yurduna gətirilir. Gəncə şəhərində orta məktəbə gedir və hər bir azərbaycanlı kimi normal həyatını yaşamağa başlayır. Oktyabr ayının 17-si isə terrorçu Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən Gəncə şəhəri balistik raketlərlə atəşə tutulur. Raketlərdən biri Mayakovun yaşadığı evə düşür.
Nəticə etibarı ilə 13 yaşlı yeniyetmə ağır xəsarət alır və bir neçə gün sonra xəstəxanada dünyasını dəyişir. Bu gün Artur Mayakov atası Ramil Quliyevin məzarının yanında dəfn edilib. Təəssüf doğuran məqam sonradan Qabrelyan soyadını götürən bir qdının, bir ananın övladı və övladının ata qohmları haqqında yalan məlumatlar yaymasıdır. Görünür Anna ermənilərin təsiri altında və nələrinsə müqabilində öz övladı üzərindən ermənilərin siyasi oyunlarına alət edilib.publika.az