"Yeganə şikayət olunmayan dövlət strukturu Dövlət Təhlükəsizliyi Xidməti olub"

6-11-2020, 22:37           
"Yeganə şikayət olunmayan dövlət strukturu Dövlət Təhlükəsizliyi Xidməti olub"
"Böyük Vətən Müharibəsi başlayandan bu günə ayrı-ayrı dövlət strukturlarının yol verdiyi nöqsanları sistemləşdirmək istəyəndə çox maraqlı bir hal ilə rastlaşdım. Əlbəttə ayrı-ayrı dövlət strukturlarının fəaliyyəti ilə bağlı birində az, birində çox əsaslı şikayətlər var və bunlar hamısı müharibədən sonrakı dövr araşdırılmalı və müvafiq tədbirlər görülməlidir".

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılovun sözlərinə görə, yeganə şikayət olunmayan dövlət strukturu Dövlət Təhlükəsizliyi Xidməti olub: "Əksinə, çoxlu sayda razılıq, təşəkkür halları var. Bu, mənim üçün çox önəmli hal oldu, ona görə ki, dövlətimiz üçün çox vacib olan bu struktur uzun müddət çox yararsız, bəzən isə çox ziyanlı fəaliyyət göstərdi. Buna görə buradan bütün DTX əməkdaşlarına təşəkkür edirəm. Xüsusilə, xidmətin rəisi Əli Nağıyevə təşəkkür edirəm ki, əvvəllər Qarabağ müharibəsində savaşmış bir Vətən oğlu kimi qısa müddət ərzində bu strukturu belə qürurverici hala gətirdi".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.