Rusiyalı ekspert:"Paşinyan rejimi Qarabağda daha çox immiqrant yerləşdirəcəyini ümid edirdi"

8-11-2020, 07:31           
Rusiyalı ekspert:"Paşinyan rejimi Qarabağda daha çox immiqrant yerləşdirəcəyini ümid edirdi"
Suriyadakı ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə kütləvi şəkildə köçürülməsindən bəhs edən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin aşkar olunan sənədləri, İrəvanın Rusiyanın səyləri ilə əvvəllər əldə olunmuş razılaşmalara əsasən, işğal altındakı torpaqları təhvil verməyi planlaşdırmadığını göstərir.

Bunu Azərtac-a beynəlxalq münaqişələr üzrə tanınmış rusiyalı ekspert, jurnalist Yevgeni Mixaylov Azərbaycan Ordusu tərəfindən azad edilən Zəngilan rayonunda Suriya vətəndaşlarının siyahılarının və pasportlarının surətlərinin aşkar edilməsinə münasibət bildirərkən deyib.

“Yəni Paşinyan rejimi daha çox miqrantı Qarabağda yerləşdirəcəyinə və daha sonra Qarabağda ermənilərin böyük varlığının olduğu və onların öz müqəddəratını təyin etməsinin lazım olduğunu əsas götürərək danışıqlara davam etməyə ümid bəsləyirdi. Planlar alınmadı, Azərbaycan bu təxribat xarakterli hərəkətlərə qarşı qabaqlayıcı tədbirlər gördü”, – deyə o qeyd edib.

Ekspertin fikrincə, Ermənistan bununla yalnız dünya birliyini deyil, yaxın müttəfiqi olan Rusiyanı da aldatmağa çalışdı: “İrəvan, əslində, oyun oynamağa çalışdı, amma hər şey ona qarşı çevrildi. Düşünürəm ki, dünya ictimaiyyəti bu siyahıları oxumaqda və dünya ermənilərinin işğal altındakı torpaqları qorumaq üçün şovinist məqsədlərinə çatmağı planlaşdırdıqlarını anlamaqda maraqlı olacaq”.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Zəngilan rayonunda istifadə etdiyi binaya baxış zamanı Suriya vətəndaşlarının siyahılarının və pasportlarının surətləri aşkar edilib. Siyahıda adları göstərilən 60 suriyalı erməninin (ümumilikdə 19 ailə) Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə həyata keçirdiyi qanunsuz məskunlaşma prosesində Zəngilana köçürüldüyü məlum oldu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.