Dumanlı havada "Bayraqdar" hədəfi necə görür? - ƏTRAFLI

8-11-2020, 07:33           
Dumanlı havada "Bayraqdar" hədəfi necə görür? - ƏTRAFLI
Məlum olduğu kimi Vətən Müharibəsinin ikinci, payızın isə sonuncu ayını yaşayırıq. Hava şəraiti artıq dəyişir, günəşli havalar öz yerini duman, çiskin,yağış və qara verir. Görmə şəraitinin məhdud olduğu hallarda düşmənə qan udduran “Bayraktar”lar necə çalışacaq?

Teref.az techland.az-a istinadən bildirir ki, Baykar tərəfindən hazırlanmış Bayraktar Akıncı Attack PUA Sisteminin faydalı yükləri arasında yer alan “Sintetik Diyafram Radarı”nın köməyi ilə hər cür hava şəraitində şəkil çəkmək və ötürmək mümkündür.

Yağışlı və dumanlı kameraların görüntü ala bilməməsinin həll yolu olaraq İnsansız hava vasitələrinə inteqrasiya olunmuş sintetik diyafram radarları, göndərdikləri radar dalğaları vasitəsilə əldə etdikləri məlumatları istifadəçi ilə bölüşür.

Elektro-optik görüntü sistemlərindən fərqli olaraq, bulud üzərində də görüntüləmə apara bilən sintetik diyafram radarları da insansız hava vasitələrinin yüksək hündürlükdə işləməsinə imkan verərək uçuş təhlükəsizliyinə töhfə verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.