Məşhur fotoqraf bu dəfə ermənilərin Füzulidə tövləyə çevirdikləri məsciddə...
9-11-2020, 08:40
Məşhur fotoqraf Reza Deqati Füzulinin işğaldan azad edilmiş Alxanlı kəndində ermənilərin tövləyə çevirdiyi məsciddə də çəkiliş aparıb.
Virtualaz.org bildirir ki, bu barədə fotoqraf “Instagram” hesabında yazıb.
“Bu yaxınlarda azad edilmiş əraziləri bir daha gəzdim. Füzuli rayonunu ziyarət etdim. Köhnə bir məscidi ziyarət etmək üçün Alxanlı kəndinə yollandım. Gördüklərim azad edilmiş bölgələrdə ziyarət etdiyim digər məscidlərdən fərqlənmirdi. Görünür, ermənilərin məscidləri tövləyə çevirmək vərdişi var idi, bu dəfə inəklərdi. Onlar işğal altındakı ərazilərdə olan müsəlmanların ibadət yerlərinə münasibətdə bax belə davranıblar”, - deyə R.Deqati bildirib.
Посмотреть эту публикацию в Instagram
Alkhanli, Azerbaijan Once again I was traveling around the newly liberated territories. That day, I was in the region of Füzuli I stopped by the village of Alkhanli to visit this ancient mosque. What I saw was not different from the previous mosque I visited in the liberated territory. It seems like Armenian forces had a pattern of transforming mosques into barns, this time it was a cowshed. That's how Armenian forces acted toward muslim places of worship in occupied territories. After the announcement of Shusha's liberation, the holy Myrrhbearers Russian Orthodox Cathedral of Baku rung its bells to celebrate. That gives a perceptive ofln how religions live in peace and mutual respect in secular Azerbaijan. #alkhanli #fuzuli #karabakh #azerbaijan #mosque #cow #animals #church #baku #shusha #reza #photography #rezaphotography #rezaphotojournalist #photojournalist #azgram #war #peace
Публикация от REZA (@rezaphotography) 8 Ноя 2020 в 10:51 PST
1716 просмотров
Xatırladaq ki, “National Geografic” jurnalının əməkdaşı, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati bundan əvvəl işğaldan azad olunmuş Məmər kəndindəki məsciddən çəkdiyi fotoları paylaşmışdı.
Yeri gəlmişkən, kənddəki XVIII əsrə aid həmin məscid ermənilər tərəfindən tamamilə dağıdılıb. İnsanlığa sığmayan vandalizmlə yanaşı, tarixi dini-mədəni abidə uzun illər ermənilər tərəfindən donuz tövləsi kimi istifadə edilib.