Azərbaycan xüsusi təyinatlıları Şuşaya necə daxil oldu?.. VERSİYA

9-11-2020, 09:16           
Azərbaycan xüsusi təyinatlıları Şuşaya necə daxil oldu?.. VERSİYA
“Şuşa üzərində tam nəzarət noyabrın 7-i axşam saatlarında əldə edilib”.

Teref.az xəbər verir ki, bu barədə “Turan” informasiya agentliyinə vəziyyətlə tanış olan hərbi mənbə danışıb.

“Şənbə günü səhər Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstələri şəhərə üç tərəfdən daxil olub. Bu, müharibənin bütün dövründə ən uğurlu və ən cəsarətli bir əməliyyat idi. Onun sözlərinə görə, küçə döyüşləri dərhal başlayıb və artıq günün ikinci yarısında düşmənin müqaviməti qırılıb. Bundan sonra binaların və düşmənin gizləndiyi mümkün yerlərin təmizlənməsi aparılıb. Axşam saatlarında son müqavimət nöqtələri yatırdılıb və səhərə qədər şəhərdə aktiv döyüşlərın olmadığı bildirilir.

Noyabrın 8-i səhərdən etibarən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əldə etdikləri müvəffəqiyyətə əsaslanaraq Şuşanın xaricində bir neçə istiqamətdə hücumlarını davam etdiriblər...”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru