Şuşanın işğaldan azad edilməsi planlaşdırılandan 10 gün sonra baş tutub – Niyə?

9-11-2020, 10:39           
Şuşanın işğaldan azad edilməsi planlaşdırılandan 10 gün sonra baş tutub – Niyə?
Azərbaycan ordusu Şuşanı əslində 30 oktyabrda almağı planlaşdırılmışdı.

Ovqat.com-un məlumatına görə, bu tarixin seçilməsinin çox mühüm səbəbi vardı.

Belə ki, 30 oktyabrda ermənilərin Qars məğlubiyyətinin 100-cü ildönümü tamamlanırdı. 1920-ci ildə əfsanəvi general Kazım Qarabəkir Paşanın rəhbərliyi altında Türk ordusu 40 ildən artıq rus-erməni işğalında qalan Qarsı xilas etməyi bacarır. Bununla da ermənilərin bağrına 100 ildir unuda bilmədikləri dağ basılır.

Azərbaycan ordusu da o böyük qələbənin şərəfinə Şuşanın işğaldan azad olunmasını məhz həmin günə salmaq istəyibmiş. Əsgərlərimizin bir həftə - 1o gün gecikməsinin səbəbi isə Rusiya və İran əngəliylə qarşılaşmasıyla izah olunur.

İddia olunur ki, Azərbaycan Ordusunun əsas planında əslində Laçın dəhlizindən keçərək Şuşanı azad etmək tapşırığı vardı. Bunun üçün isə ilk növbədə Qubadlıdan Laçına doğru irəliləməli və ağır texnikanı bu dəhlizə gətirməli imiş. Öncü qüvvələrimiz dağdan-daşdan keçərək Laçın koridoruna sızmağı bacarsalar da ağır texnikanın həmin əraziyə gətirməkdə xeyli problemlə üzləşiblər.

Məsələ burasındadır ki, Qubadlı-Laçın yolu bəzi yerlərdə Ermənistanla tam sərhəddən keçir. Həmin ərazilərdə düşmənin Ermənistan ərazisindən müdaxiləsilə üzləşən qüvvələrimiz iki seçənək arasında qalıblar: ya Ermənistanın həmin ərazilərini ələ keçirərək onları tam zərərsizləşdirmək, ya da “B” planına keçmək.



Kazım Qarabəkir Paşa

Ermənistan ərazisini ələ keçirmək ordumuzun tam legitim haqqı olsa da, Rusiyanın KTMT Nizamnaməsinə əsaslanaraq, İrəvana açıq şəkildə hərbi yardım vermə ehtimalı yarandığından bu variant xeyli riskli görülür. Üstəlik, elə həmin ərəfədə İran hərbi təlim adıyla öz qoşunlarını Azərbaycan sərhədlərinə göndərir və rəsmi Tehran ən yüksək ağızdan dövlət sərhədlərinin toxunulmazlığına laqeyd qalmayacaqlarını açıqlayır. Rəsmi Bakı da lokal münaqişəni qlobal gərginliyə çevirmək istəmədiyindən “B” planına üstünlük verir.

“B” planı üçün isə xeyli mürəkkəb və cəsarətli əməliyyat tapşırığı hazırlanmalıydı. Planın başlıca çətinliyi ondan ibarət olub ki, Azərbaycan ordusunun öncü qüvvələri dağları-dağları aşaraq Şuşaya çatmalıydılar. Yolun keçilməsinin çətinliyi ağır texnikamızın ləngiməsinə yol açıb. Öncü hərbi qüvvələrimiz Şuşanı ətrafına zamanında çatsalar da, ağır hərbi texnikaların onları tam dəstəkləyəcək mövqelərə gətirilməsi gözləniləndən artıq zaman alıb. Nəticədə Şuşa gözləniləndən hardasa 10 gün sonra erməni işğalçılarından təmizlənib.

Azərbaycan Silahlı Qüvvələrinın Şuşa əməliyyatı ilə dünyanın bir çox güclü ordularını belə, heyrətləndirəcək əzmlə həyata keçirildiyi bildirilir. İddiaya görə, ordumuz qarşısında əngəl yaradanlar Şuşanın cənub-şərq istiqamətindən alına biləcəyinə ümumiyyətlə inanmayıblar. Ordumuz isə bu keçilməz əngəlləri cəmi bir neçə günə dəf etməyi bacararaq, ölkəmiz üçün kirli plan quranların ümidini gözündə qoyub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.