Bayden ABŞ-da maska ​​rejimi tətbiq etmək niyyətindədir

9-11-2020, 11:26           
Bayden ABŞ-da maska ​​rejimi tətbiq etmək niyyətindədir
Seçkilərdən sonra KİV-in ABŞ-ın seçilmiş prezidenti elan etdiyi Co Bayden şəxsən ölkə daxilindəki qubernatorları ştatlarda məcburi maska taxılmasının tətbiq edilməsinə çağıracaq.

Bu barədə “NBC News” məlumat yayıb.

Baydenin seçki qərargahının sözçüsü kanala bildirib ki, yaxın günlərdə hər iki tərəfdən böyük şəhərlərin valilərini və bələdiyyə sədrlərini çağıraraq, onları məcburi maskalar tətbiq etməyə təşviq edəcək.

Bildirilir ki, qubernator imtina edərsə, Bayden ştatdakı bələdiyyə başçılarının yanına gedib onlardan bunu tətbiq etmələrini istəyəcək.

Xatırladaq ki, ABŞ aşkar edilmiş koronavirus infeksiyası sayına görə dünyada liderliyini qoruyur. Pandemiya başlandığı gündən bəri ölkədə 10 milyondan çox insan virusa yoluxub, 243 mindən çox xəstə ölüb.virtualaz/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru