Nikol Paşinyanı gözləyən böyük təhlükə - Vəziyyət gərginləşəcək
11-11-2020, 08:46
Döyüş meydanında məğlub olan və hər dəfə də öz vətəndaşlarına bununla bağlı yanlış məlumatlar verən Nikol Paşinyan hakimiyyətinin sonuna az qalıb. Elə hazırda da Ermənistanda davam edən etiraz aksiyaları bunu deməyə əsas verir. Mövzunu millət vəkili Kamal Cəfərov şərh edib.
Ermənistanın həm döyüş, həm də siyasət meydanında məğlub olması Nikol Paşinyan hökumətinin necə gəlmişdisə elə də hakimiyyətdən getməsi ilə nəticələnəcək. Millət vəkili Kamal Cəfərovun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı sonuncu açıqlamasından sonra Ermənistan vətəndaşları həqiqətləri gördülər.
Paşinyan hər zaman Ermənistan vətəndaşlarına Qarabağda gedən döyüşlərlə bağlı yalan məlumatlar verərək, onları aldadırdı. Elə buna görə də Dağlıq Qarabağda müharibənin dayandırılması ilə bağlı ölkənin baş nazirinin açıqlamasından sonra bu ölkədə etirazlar başladı.
Millət vəkili hesab edir ki, Paşinyana dəfələrlə həm ölkə müxalifətinin bəzi nümayəndələri, həm də erməni ictimaiyyəti müharibənin onlar üçün faciə ilə nəticələnəcəyi ilə bağlı xəbərdarlıq ediblər. Ancaq havadarlarına güvənən Paşinyan hakimiyyəti indi rəzil bir duruma düşüb. Kamal Cəfərov deyir ki, Ermənistanda aksiyalar daha geniş səviyyədə vüsət alacaq və bu hadisələrin sonu Paşinyan üçün heç də yaxşı nəticələnməyəcək.
Qeyd edək ki, Ermənistanda etirazlar aksiyaları döyüşlərin dayandırılması və münaqişənin nizamlanması ilə bağlı imzalanmış üçtərəfli bəyanatdan sonra ölkənin baş naziri Nikol Paşinyanın açıqlaması ilə başlayıb.