Paşinyan "İsgəndər"i buna görə aldı - Rus ekspert

26-11-2020, 08:30           
Paşinyan "İsgəndər"i buna görə aldı -
Ermənilər silahlı qüvvələrinin inkişafına kifayət qədər əhəmiyyət vermədilər. Xüsusilə Serj Sərkisyanın hakimiyyətinin dövründə ölkədə korrupsiya çiçəkləndi, davamlı maxinasiyalar var idi. İnsanlar bu idarəetmədən onsuz da qəzəblənmişdilər.

Axar.az xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun hərbi-siyasi araşdırmalar mərkəzinin eksperti Mixail Aleksandrov Ermənistanın müharibədə məğlub olmasının səbəblərini açıqlayarkən deyib.

“Qərb də həmişə olduğu kimi, bundan istifadə edərək, öz adamını ortaya çıxardı. O da (Paşinyan - red.) yaxşı şüarlarla həm çevrilişdə, həm də seçkidə qalib gəldi. Paşinyan ordunu gücləndirdimi? Sadəcə bir neçə “İsgəndər” almaqla bəzi simvolik jestlər etdi. Daha yaxşı olardı ki, Paşinyan “İsgəndər”lərin əvəzinə onlarla “Kornet” tank əleyhinə raket kompleksləri alardı. Amma Paşinyana şou göstərmək lazım idi. O, piar ustasıdır, ictimaiyyət qarşısında şou göstərməyi sevir”, - Aleksandrov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru