Misir mumiyasını gözdəymədən qoruyublar
28-11-2020, 06:55
merikalı alimlər iki min illik Misir mumiyasının içərisində qeyri-adi həmayıl (talisman) aşkarlayıblar.
Teref.az xəbər verir ki, bu barədə “Journal of Royal Society Interface” elmi jurnalında qeyd olunur.
Tədqiqatın müəllifləri ətraflı məlumat almaq üçün sinxrotron hissəcik sürətləndiricisini istifadə edərək mumiyanı araşdırmağa qərar veriblər. Nəticədə kalsit adlı mineraldan hazırlanmış yeddi millimetrlik həmayıl da daxil olmaqla onlarla kiçik əşya tapılıb.
Bu həmayıl mumiyalaşma zamanı orqanların çıxarıldığı kəsik yerində, qarının yanında yerləşib.
Tədqiqatçılara görə, maddə mumiyanın “mənəvi qorunması” üçün xüsusi olaraq bu yerə qoyulmuş bir həmayıldır.
Alimlər əsərin qədim Misirdə həmayıl üçün yayılmış forma olan skarab böcəyi şəklində olduğunu deyirlər.
Alimlər mumiyalanmış cəsədin təxminən beş yaşında bir uşağa aid olduğu versiyasını da təsdiqləyiblər. Eyni zamanda, mumiyanın üzərinə çəkilmiş portretdə yetkin bir qadın təsvir olunur.
“Hawara Portre Mumya 4” olaraq bilinən mumiya 1910-1911-ci illər arasında aşkar edilib və eramızın I əsrinə aiddir./Oxu.az