"Siyavuş Novruzov Sədərək döyüşlərində iştirak eləməyib" - ETİRAZ

21-01-2021, 19:47           
"Siyavuş Novruzov Sədərək döyüşlərində iştirak eləməyib" - ETİRAZ
“Arxadaşlar!!!

Mən Mustafayev Səyavuş Firudin oğlu Sədərək döyüşlərində komandir olan şəxs kimi, rəsmi şəkildə elan eləyirəm ki, Novruzov Siyavuş Sədərək döyüşlərində iştirak eləməyib və Sədərək rayonu heç vaxt ermənilər tərəfindən alınmayıb!!!”

Ovqat.com xəbər verir ki, Naxçıvanın müdafiəsində xüsusi xidmətləri ilə seçilən Siyavuş Mustafayev özünün facebook səhifəsində bu iddia ilə çıxış edib.

Siyavuş bəy öz YAP-çı adaşını “plagiat qəhrəman” adlandıraraq, onu yalan danışmaqda günahlandırıb:



“İstənilən televiziyada, istənilən vaxt debata çıxmağa və dediklərimi sübut etməyə hazıram.

Amma bir şərtlə; Siyavuş Novruzovun yalançı olduğunu sübut eləsəm, o, yox, sübut eləyə bilməsəm mən adımı dəyişəcəyəm”.

Sabiq komandir öz təbirilə desək, “plagiat qəhrəman”a bir neçə sual da ünvanlayıb:

1.20 yanvar gecəsi Ümumi Komandan Oktay bəy harda idi?

2.Sədərəkdə və ya kəndinizdən 5-6 km aralı sərhəd kəndi olan Yuxarı və Aşağı Buzqov, Kərməçatlaq kəndində döyüş gedəndə harda olmusunuz?

3. Hansı özünü müdafiə dəstəsinin tərkibində vuruşmusunuz?

4. Hansı silahınız var idi və hardan almışdınız, kimə təhfil verdiniz?

5. 123 nəfər Naxçıvan Şəhidinin istənilən birinin adını, Şəhid olduğu yeri və vaxtını deyin?

6.Şəkillərdə gördüyün Naxçıvan döyüşçülərindən heç olmasa tanıdığınız bir nəfərin adını çəkin?



7. Mil təpəsi alınanda neçə Qəhrəman şəhidimiz neytralda qalmışdı?

8. Dediyiniz kimi, Sədərək kəndi işğal olunmuşdusa,nə vaxt işğal olunmuşdu,necə və kimlər tərəfindən qaytarıldı???

9. Sizə 3 qatar( özü də qatar eee, o vaxt biz quş gülləsiylə vuruşurduq) silah gələcəyini kim və harda demişdi?

10. Rəhmətlik Şəhidimiz Əbdül bəyin kəndiniz Cəhrililərdən ibarət Duzdağ batalyonundan kimləri və hansı döyüşdə görmüsən!!!

Atalar deyir: İgidi öldür amma haqqını yemə!!!

Çalış Şəhidlərin və əsil döyüşçülərin haqqına girmə!!!




Plagiat "qəhrəmanlar" ifşa olunmalıdır!!!

Qeyd edək ki, deputat Siyavuş Novruzov Xural TV-nin “Siyasət Meydanı” proqramının 19.01.2021 tarixli verilişində Sədərək döyüşlərində iştirak etdiyini bildirmiş və özünün həmin dövrdəki qəhrəmanlığından danışmışdı.

Videonun 8-ci dəqiqəsindən sonrakı hissəyə baxa bilərsiniz.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.