“Pfizer”/“BioNTech” peyvəndi ölümə səbəb olur? - ÜST-dən açıqlama

23-01-2021, 00:49           
“Pfizer”/“BioNTech” peyvəndi ölümə səbəb olur? - ÜST-dən açıqlama
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Peyvənd Təhlükəsizliyi üzrə Alt Komitəsi “Pfizer”/“BioNTech” peyvəndinin (BNT162b2) yaşlı xəstələrdə ölümə səbəb olması ilə bağlı iddialara münasibət bildirib.

ÜST-ün saytı xəbər verir ki, Peyvənd Təhlükəsizliyi üzrə Alt Komitə yanvarın 19-da bu məsələ ilə bağlı virtual formatda müzakirələr keçirib.

Avropa Dərman Agentliyindən (EMA) və Uppsala Monitorinq Mərkəzindən onlayn görüşə dəvət olunmuş mütəxəssislər, BNT162b2 ilə peyvənd edildikdən sonra Avropada və ÜST-ün qlobal məlumat bazasında qeydə alınan ölümlərin icmalını müzakirə ediblər.

Qeyd olunub ki, yaşlı insanların ölüm hallarında gözlənilməz və ya qeyri-müəyyən bir artım və ya BNT162b2 tətbiqindən sonra mənfi hallar qeydə alınmayıb: “Mövcud məlumatlar ölümlə nəticələnən hadisələrdə peyvəndin hər hansı təsirini təsdiqləmir. Bu baxımdan, komitə, BNT162b2-nin fayda-risk balansının yaşlılarda əlverişli olduğunu düşünür və hazırda bu peyvəndin təhlükəsizliyi ilə bağlı tövsiyələrə yenidən baxılmasını təklif etmir.

Ölkələr peyvəndlərin təhlükəsizliyini izləməyə davam etməlidir. Komitə şübhəli hallara dair məlumatların - milli, regional və qlobal şəkildə toplanaraq nəzərdən keçirilməsini tövsiyə edir”. (APA)

Qeyd edək ki, yanvarın 14-də Norveç Dərman Agentliyi ölkədə COVID-19 peyvəndi vurulduqdan sonra ən azı 23 nəfərin ölümü barədə məlumat yayıb. Ölənlərin yaşlı şəxslər olduğu bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru