Fransada istifadə olunan peyvəndin 130-dan çox əlavə təsiri aşkarlanıb

23-01-2021, 01:46           
Fransada istifadə olunan peyvəndin 130-dan çox əlavə təsiri aşkarlanıb
Fransada “Pfizer” və “BioNTech” dərmanının ən az 135 əlavə təsiri aşkar edilib. “RİA Novosti” xəbər verir ki, peyvənddən sonra doqquz nəfər yaşlı şəxs ölüb, ancaq peyvəndlə ölüm arasında əlaqə müəyyən olunmayıb.

135 arzuolunmaz əlavə təsirin əksəriyyətinin gözlənilən və ya qeyri-ciddi nəticələrlə əlaqəli olduğu qeyd edilir.

Xüsusilə peyvənd olunanlarda yüksək hərarət, baş ağrısı və ürək bulanması müşahidə olunur.

Bildirilir ki, ümumilikdə, dördü taxikardiya olmaqla, 31 ciddi əlavə təsir qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru