Xırdalanda baş verən partlayış nəticəsində ölən və yaralananlar var - VİDEO

25-01-2021, 20:43           
Xırdalanda baş verən partlayış nəticəsində ölən və yaralananlar var - VİDEO
TƏBİB-in mətbuat katibi Elnarə Baxış bildirib ki, dağıntılar arasında qalanların çıxardılması prosesi davam edir.
Dağıntılar arasından xilasetmə işləri davam edir. Abşeron rayonunun Xırdalan şəhərində evdə baş verən partlayış zamanı xəsarət alanların sayı dəqiqləşdirilir.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında TƏBİB-in mətbuat katibi Elnarə Baxış məlumat verib. O, bildirib ki, dağıntılar arasında qalanların çıxardılması prosesi davam edir:

"Dağıntılar altında qalanların sayı dəqiqləşdirildikdən sonra mətbuata bu barədə dəqiq məlumat veriləcək".



Hadisə şahidlərinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə hadisə zamanı 6 nəfər xəsarət alıb, bir nəfər həyatını itirib. Hələ dağıntılar altından xilasetmə tədbirləri davam etdirilir

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru