Təbii fəlakətlər 410 min insanın həyatına son qoydu

26-01-2021, 00:30           
Təbii fəlakətlər 410 min insanın həyatına son qoydu
Ötən 10 il ərzində dünyada iqlim dəyişikliyi ilə bağlı təbii kataklizmlər və fəlakətlər 410 mindən çox insanın həyatına son qoyub.

Sfera.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterriş İqlim Dəyişikliyinə Adaptasiya üzrə Sammitdə çıxış edərkən deyib. Onun sözlərinə görə, dünya misli görünməmiş ekstremal iqlim təzahürlərinə şahidlik edir.

"Dünya Meteorologiya Təşkilatının məlumatına əsasən, son 50 il ərzində hava, iqlim və su faktorları ilə bağlı 11 mindən çox təbii fəlakət baş verib”, - deyə Antoniu Quterriş bildirib.

BMT-nin Baş katibi həmin illər ərzində təbii fəlakətlərin aradan qaldırılması üzrə tədbirlərə 3,6 trilyon dollar vəsait xərcləndiyini vurğulayaraq deyib: "Ekstremal hava və iqlim şəraiti ilə bağlı fəlakətlər son on illər ərzində 410 mindən çox insanın həyatına son qoyub. Həlak olanların böyük əksəriyyəti aşağı və orta gəlir səviyyəsi olan ölkələrin payına düşür”.

Antoniu Quterriş, həmçinin "ehtiyacımız olan aşağı karbonlu və yüksək dayanıqlı gələcəyə təkan vermək” məqsədilə dünyanın COVID-19 pandemiyasından bərpa olunmasının maliyyələşməsi üçün trilyonlara ehtiyac olduğunu bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.