Azərbaycan tarixində bu gün..

28-01-2021, 16:49           
Azərbaycan tarixində bu gün..
28 yanvar 1538-ci il...
Azərbaycanın Şirvanşahlar ərazisi Səfəvi hakimiyyətinin tabeliyinə keçir.
Baş verən döyüşlər zamanı çoxlu sayda günahsız insanlar həlak olur...
28 yanvar 1828-ci il...
Rus qoşunları Urmiyanı tutur.
Çoxlu sayda azərbaycanlı qətlə yetirilir...
28 yanvar 1918-ci il...
Gəncə şəhəri yaxınlığındakı Zağalı kəndində ermənilər 15 azyaşlı azərbaycanlı uşağını vəhşicəsinə qətlə yetirirlər...
28 yanvar 1919-cu il...
Silahlı ermənilər Andranikin quldur dəstələrinin başçılığı ilə Gığı dərəsi ərazisində yerləşən Girətağ, Qovsud, Baharlı, Gığı, Daşbaşı, Keybaxış, Kəqaçatu, Kuruzot, Mollalı, Kayçan, Acıbağ kəndlərini mühasirəyə alıb, ultimativ şəkildə sakinlərinin silahlarını və əmlkalarını təhvil vermələrini tələb edirlər.
Əks təqdirdə onları məhv edəcəkləri ilə hədələyirlər.
Ermənilər bu kəndlərin bəzilərinə hücum edir.
Kənd sakinlərindən ölənlər və yaralananlar olur...
28 yanvar 1919-cu il...
Silahlanmış erməni quldurları Gəncə quberniyasının azərbaycanlılar yaşayan Zazalı kəndini yandırırlar.
15 nəfər dinc sakin, o cümlədən qadınlar və uşaqlar ermənilər tərəfindən amansızcasına qətlə yetirilirlər...
Cəmil Məmmədli
Teref.az
28 yanvar 1937-ci il...
11 noyabr 1883-cü il tarixdə Dağıstanın Xasavyurd qəzasının Ağsay kəndində anadan olan, "Osmanlı ədəbiyyatı tarixi"nin mahir bilicisi, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğunda fəal iştirak etmiş görkəmli ziyalı, vəkil Rəşid xan Zavid oğlu Qaplanov repressiyaya məruz qalaraq dünyasını dəyişir.
28 yanvar 1982-ci il...
Kaliforniyanın Los-Anceles şəhərində türk diplomatı, baş konsul Kemal Arikan maşınla evinə gedərkən, erməni terrorçuları tərəfindən qətlə yetirilir.
Cinayətkarlardan biri - 19 yaşlı Livan mühaciri olan erməni Xamtink Sasunyan həbs edilsə də, digər cinayətkar erməni aradan çıxa bilir...
28 yanvar 1989-cu il..
A. İ. Volski Ermənistana gedərək, onun rəhbərləri ilə gizli və aççıq şəkildə Dağlıq Qarabağ məsələsini müzakirə edir...
28 yanvar 1990-cı il...
SSRİ Müdafiə nazirinin müavini, ordu generalı V.İ.Varennikov Gəncədə gəncəlilərlə görüşür.
Yaranmış vəziyyət müzakirə olunarkən ermənilərin törətdikləri cinayətlərin üstü malalanır...
28 yanvar 1991-ci il...
Keçmiş Martuni (indiki Xocavənd) rayonunun Xocavənd kənd sakini Fənər Nəzərova öz həyətində çörək bişirən zaman erməni yaraqlısı tərəfindən qətlə yetirilir.
Kənd sakinləri - Cəllad Şirin oğlu Əhmədov və 12 yaşlı İ.Məmmədov ağır güllə yarası alırlar.
28 yanvar 1992-ci il...
Füzuli şəhəri (B.Sərdarov və 28 May küçələrinin kəsişdikləri yer) ermənilər tərəfindən ilk dəfə olaraq QRAD qurğularından atəşə tutulur.Dağıntılar olur...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.