Vətən müharibəsinin nəticələri: Ermənistan rus silahlarından imtina edir

29-01-2021, 06:33           
Vətən müharibəsinin nəticələri: Ermənistan rus silahlarından imtina edir
Erməni tərəfi Rusiya hərbi texnikasını Hindistan məhsulları ilə əvəzləyir
44 günlük Vətən müharibəsinin nəticələri hələ də Ermənistanda qızğın müzakirə mövzusudur. Ancaq Ermənistan ordusunun məğlubiyyətinin səbəbləri barədə fərqli fikirlərdən başqa, artıq çox maraqlı bir istiqamətdə konkret addımlar atılır. İndi də Hindistanın Ermənistana batareyalara qarşı döyüş radarları tədarük etməyə başladığı barədə məlumatlar var.

Tədarüklər, İrəvan və Yeni Dehlinin 2020-ci ilin martında imzaladığı 40 milyon dollarlıq müqaviləyə əsasən həyata keçirilir. Ermənistan, “Swathi” radarının elan edilmiş ilk xarici müştərisi oldu. Eyni zamanda, bu qərar, Rusiya istehsalının oxşar radarlarının da iştirak etdiyi bir tenderin ardından verildi.

Beləliklə, Ermənistan Rusiya “Zoopark-1M” radiolokasiya stansiyasını Hindistanın “Swathi WLR”-lərinin lehinə dəyişdirdi. Rusiya Aerokosmik Qüvvələrinin “An-124” nəqliyyat təyyarəsinə yüklənən radarların videoları artıq sosial şəbəkədə aktiv şəkildə yayılır. Rusiya mətbuatı, onsuz da “Swathi WLR”-in Azərbaycanın silahlı qüvvələrində olan Türkiyə və İsrail radar sistemlərindən əhəmiyyətli dərəcədə aşağı olduğunu yazır.

Tək üstünlüyünün ekipaj təliminin sadəliyi olduğu vurğulanır: “Swathi”-yə yiyələnmək üçün xüsusi peşəkar bacarıqlara ehtiyac yoxdur. Başqa sözlə, Rusiya KİV-ləri belə bir nəticəyə gəlir ki, erməni tərəfinin, məhz belə bir kompleksin seçimi mütləq Rusiya istehsalı olmayan, ucuz bir şey almaqdır. Və bu, artıq Ermənistanın xozeyninə qarşı siyasi bir demarşa bənzəyir.

Ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenkonun “Facebook” səhifəsindəki şərhində haqlı olaraq qeyd etdiyi kimi, Ermənistan silahlı qüvvələrinin 4 “Swathi WLR” kompleksi alacağı məlumatı bir il əvvəl ekspert mühitində partlayışa səbəb oldu. “Axı, Ermənistanın Rusiya texnikası almaqdan imtina etdiyini, yəni “1L219M Zoopark-1M” radarından bəhs edilir və Hindistan məhsullarının xeyrinə seçim etməsi harada görünüb?”, - deyə ekspert istehza edir.

O xatırladır ki, bu, Ermənistanın sonradan (restrukturizasiya və ya silinmə yolu ilə) formal olaraq pulsuz tədarüklə nəticələnən ruslardan aldığı borclarına baxmayaraq, rus texnikasından imtina etməsinin ilk halı deyil. Məsələn, erməni birləşmələri Çinin 273 mm-lik “WM-80” raket sistemləri ilə silahlanıb.

Mütəxəssis “Swathi WLR”-in 20 km-ə qədər məsafədə minaatan atışlarını, 30 km-ə qədər top atışını və 40 km-ə qədər raket atışlarını aşkar edə bilən passiv mərhələli, torlu antenaya sahib bir kompleks olduğunu qeyd edir. Qurğu eyni vaxtda 7 hədəfi izləyə bilir. Hindistan kompleksi sıfırdan yaradılmayıb, əksinə Amerikanın kontr-batareya radarı “AN/TPQ-37 Firefinder”in bazasına əsaslanır.

Öz növbəsində, elan edilmiş xüsusiyyətlərinə görə, “1L219M Zoopark-1M” radarı 12 hədəfi eyni vaxtda izləyə bilir. “Zoopark-1M” 23-55 km məsafədə top atəşi, 45 km məsafədə bir reaktiv atəşi, 65 km məsafədə isə bir OTRK atəşini aşkar edir. Bununla birlikdə, qeyri-rəsmi bilinən xüsusiyyətlərinə görə, Rusiya kompleksi topçuların mövqelərini 15-20 km, minaatanları 20 km, yaylım atəşi sistemlərini (RSZO) 30 km və OTRK-nı 40 km məsafədən təyin edir.

“Bütün məsələ də budur. Rəsmi xüsusiyyətlər gerçəklərdən xeyli yüksək təqdim olunur və təəccüblüdür ki, rusiyalı mütəxəssislər çox vaxt əks-batareya vasitələrini xarici silahlarla müqayisə edirlər. Məsələn, ruslar “1L219M Zoopark-1M” radarının “MGM-164B ATACMS Block IIA”-nın buraxılışını 65 km məsafədən aşkar etdiyini tam məsuliyyətlə deyirlər. Ancaq sual budur ki, bu, praktik olaraq necə və nə zaman sınaqdan keçirildi və təsdiqləndi? Görəsən, rusiyalı mütəxəssislər öz komplekslərinin “M109 Paladin” özüyeriyən silahların atışını 55 km-ə qədər məsafədən aşkar etdiyini haradan bilirlər?”, - deyə A. Kovalenko sual edir.

Eyni zamanda, ekspert vurğulayır ki, performans xüsusiyyətləri ilə bağlı açıq yalanlara əlavə olaraq, Rusiya “1L219M Zoopark-1M” radarının (yaradılmasına 1980-ci illərdə başlanmışdı) və ixrac edilən bütün rus silahlarının bir başqa əhəmiyyətli problemi var: “Hamısı nişanəlidir. Faktiki olaraq ixrac olunan bütün Rusiya hərbi texnikası nişanəli kimi təsnif edilir. Yəni, texniki cəhətdən uyğun bir radioötürücü cihaz şəklində və ya proqram olaraq obyektin proqram təminatına daxil edilərək, silahların yeri dünya xəritəsində asanlıqla müəyyənləşdirilir. Ən azı, Rusiya Federasiyasının peyklər “armada”sının olduğu bütün yerlərdə”.

“Bundan əlavə, bu funksiya yalnız satılan avadanlıqların yerləşməsinin potensial təsbit edilməsi ilə məhdudlaşmır, həm də bəzi hallarda işinə uzaqdan müdaxilə etməyə imkan verir. Bu, xüsusilə hava hücumundan müdafiə və radar sistemlərinə aiddir. Buna görə kontr-batareyalı radar kimi xüsusi texnikanın ermənilərin bu ölkəni onsuz da qəbul ediləndən daha çox idarə edən ruslardan deyil, başqalarından satın alması məni qətiyyən təəccübləndirmir”, - Kovalenko diqqətə çatdırır.

Və bu fonda, 25 yanvarda Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini Sergey İstratovun rəhbərlik etdiyi Rusiya Silahlı Qüvvələri nümayəndə heyətinin Ermənistana gəlməsi heç də təəccüblü deyil. Rəsmi mediada onun Ermənistanla hərbi əməkdaşlığın bütün sahələrində qərargah danışıqları aparmaq üçün gəldiyi bildirilir. İclaslarda gələcək işlərin həcmi və istiqamətləri müəyyən edildi.

Bu səfər artıq “Lragir” nəşrində müvafiq işıqlandırılıb. Məqalədə qeyd edilir ki, erməni və rus hərbi idarələrinin hərbi gerçəkliklər fonunda müzakirə ediləcək çox məsələləri var: çünki Ermənistan ordusunun bərpası və modernləşdirilməsi ilə bağlı bir çox suallar yığılıb qalıb.

“Ermənistanın Rusiya ekspert dairələrində məğlubiyyəti, eyni zamanda, Ermənistan ordusunun rus silahları ilə silahlandığı və Rusiya planları ilə getdiyi mənasında Rusiya üçün də məğlubiyyət kimi qəbul edildi. Bu, ilk növbədə ənənəvi rus silahlarının keyfiyyəti, hava hücumundan müdafiə sistemlərinin effektivliyi və yeni hava sistemlərinə qarşı mübarizə vasitələri ilə bağlıdır. Bu faktorların Rusiya istehsalı olan silahların satışına təsir göstərə biləcəyini söyləyirlər”, - deyə “Lragir” yazır.

Və bu fonda Hindistanın Ermənistana kontr-batareya döyüş radarları tədarük etməyə başladığı xəbərləri olduqca çoxmənalı səslənir...ayna.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.