Ömrü uzatmağın asan yolu

29-01-2021, 06:16           
Ömrü uzatmağın asan yolu
Bir dilim limonlu çay xərçəng riskini azalda və insan ömrünü uzada bilər.

“Report” xəbər verir ki, bu barədə “Express” nəşri amerikalı həkimlərə istinadən yazıb.

Həkimlər sellüloz maddəsi və limon şirəsi ilə birlikdə kimyəvi terapiya həyata keçiriblər. Tədqiqatlar bu birləşmələrin gəmiricilərin dillərində, ağciyərlərində və yoğun bağırsaqlarında bədxassəli şişlərin yaranmasının qarşısını aldığını göstərib.

Bununla birlikdə, elm adamları təcrübədə yüksək doza kimyəvi maddə istifadə olunduğunu etiraf edirlər - yalnız bir limondan əldə edilə biləndən daha çox.

Bu sitrus meyvəsi virus infeksiyaları ilə mübarizə aparır, turşuluğu tarazlayır, immuniteti gücləndirir, həzm sistemini toksinlərdən təmizləyir, mədədəki yanma və köp kimi narahatlıqlara təsir edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru