Trampın Sovet kəşfiyyatı ilə gizli əlaqələri üzə çıxır - "Amerika kompromatı" böyük sirrin üstünü açır

29-01-2021, 09:06           
Trampın Sovet kəşfiyyatı ilə gizli əlaqələri üzə çıxır -
Donald Tramp prezident postunu Co Baydenə təhvil versə də, ona qarşı iddialar bitmir. Əvvəllər ABŞ-ın keçmiş prezidentləri haqqında kitablar yazan və yanvarın 26-da yenidən nəşr olunan araşdırmaçı jurnalistin yazdığı kitab ilk gündən böyük əks-səda doğurub. Həmin kitabda yazılıb ki, Tramp 40 il əvvəl dəfələrlə iflas olmaqdan xilas edilib və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) tərəfindən əməkdaşlığa cəlb olunub.

Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, Trampın Kreml ilə gizli əlaqələrindən bəhs olunan kitabda yazılır:

Yaxşı dostluqların, ümumiyyətlə, kiçik başlanğıcı var. 40 ildən çox əvvəl televizor almaq üçün Nyu-Yorkdakı endirimli elektronika mağazasına etdiyi səfər Donald Trampın karyerasında böyük rol oynayıb.

Bu münasibət Kreml ilə, nəticədə Trampı məmnun etmək üçün dəfələrlə Rusiyanın hazırki prezidenti Vladimir Putinlə olub.

Yanvarın 26-da "Amerika kompromatı" adı ilə nəşr olunan kitabın altyazısı "DTK Donald Trampı necə yetişdirdi və bununla əlaqəli seks, acgözlük, güc və xəyanət hekayələri"dir.

Kitabın başlığındakı "kompromat" sözü, Rusiyada İosif Stalin dövründən bəhs edilən, başqa bir şəxsə qarşı şantaj, nüfuzdansalma və ya manipulyasiya məqsədi ilə əldə olunan biabırçı, yersiz, ittihamedici məlumat mənasını verir.

İddialara görə, Craig Ungerin sensasiyalı kitabı, Donald Trampın Rusiya ilə münasibətlərinin 1976-cı ildə başladığını irəli sürür.

O illərdə 30 yaşlarında iddialı bir iş adamı olan Tramp, Nyu-Yorkun Queens səmtində əmlak biznesini Manhattana köçürməyə qərar verib.
Tramp elə həmin yüksək səviyyəli bir DTK məmuru tərəfindən paytaxt Moskvaya - “Tramp Hotel” inşa etmək üçün ekspedisiya səyahətinə dəvət edilir.

DTK rəsmilərinin bu “dərin irəliləyişi” ruslara gizli, qeyri-rəsmi kanallar yaratmağa və bununla da Amerika demokratiyasına zərər verməyə imkan yaradır.

Kitabda yazılır ki, Tramp 80-90-cı illərdə mülk ticarəti yolu ilə “yuyulan” rus pulları yüklənmiş qayıqlarla dəfələrlə müflisləşməkdən xilas edilib.

2016-cı ildə Donald Tramp Amerika Birləşmiş Ştatlarının prezidenti seçiləndə bu "lütflərin" əvəzini ödəməyin vaxtı çatıb və istədiyi şeyi Rusiya prezidenti Vladimir Putinə verib.

Amerikalı müəllif dünyanın hər yerində gündəmdə olan kitabında, Trampın ruslarla münasibətini cinsi istismar ticarəti ilə məşğul olan və 2019-cu ildə həbsxanada intihar edən milyonçu dostu Ceffrey Epstein vasitəsilə qurduğunu iddia edir.

Boşanma ərəfəsində olduğu iddia edilən Melaniyanın da (həyat yoldaşı) Donald Trampla Epsteinin vasitəsilə tanışlıq əlaqəsi qurduğu bildirilir.

Keçmiş DTK mayoru Yuri Svets, Trampın Kreml ilə münasibətləri barədə açıqlama verən ilk rus mənbəyidir.

Amerika mətbuatında, D. Trampın yenidən qalib gəlməsi üçün Rusiyanın ABŞ-da noyabr ayında keçirilən seçkilərə müdaxilə etdiyi iddiaları vardı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.