Kalininqrada hücum ssenarisi: "İsgəndər"lər məhv edilir...
31-01-2021, 09:30
NATO-nun mətbuatda yayılan Kalininqrada hücum ssenarisi klinik axmaqlığın təzahürüdür.
Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Viktor Muraxovski bildirib.
Muraxovski bu cür hücum ssenarilərinin ildə bir neçə dəfə qeyri-hökumət qurumları və ayrı-ayrı mütəxəssislər tərəfindən tərtib edildiyini vurğulayıb:
"Ya Baltikyanı ölkələrin Rusiya tərəfindən ələ keçirilməsi, ya ABŞ strateji bombardmançılarının Baltik donanmasına zərbəsi, yaxud da Kalininqrad bölgəsinə basqın... Bunlar həmişə kliniki axmaqlığın kritik təzahüdürür. Müəlliflər Rusiya Silahlı Qüvvələrinin qalan hissəsinin heç nə etməyəcəyini və "başqa bir işlə" məşğul olacağını düşünürlər".
Qeyd edək ki, "Overt Defence" saytında alyansın Kalininqrada hücum ssenarisi hazırladığı barədə məlumat yayılıb. Hücum ssenarisinə əsasən, "İsgəndər" və S-400 raket sistemləri məhv edilməli, Baltikyanı ərazilər mühasirəyə alınmalı, rus qoşunları məhv edilməlidir. Hücum ssenarisində 30 min Polşa əsgərinin iştirakı nəzərdə tutulub.