Koronavirusa yoluxanları gözləyən BÖYÜK TƏHLÜKƏ

2-02-2021, 04:40           
Koronavirusa yoluxanları gözləyən BÖYÜK TƏHLÜKƏ
Almaniyada aparılan araşdırmaların nəticələrinə görə, koronavirusu asimtomatik keçirən xəstələrin təxminən 60 faizində səssiz miyokardit aşkar edilib.

Teref.az xəbər verir ki, türkiyəli kardioloq, Prof. Dr. Özlem Esen koronovirusdan sonra qoyulan erkən diaqnozun problemin müalicəsində effektiv olduğunu bildirib. Həkimin sözlərinə görə, koronovirus ağciyərlər üzərində zədələnmələrə yol açan infeksiya olsa da, başqa orqanlara da zərər verir:

"Şiddətli COVID-19 səbəbiylə xəstəxanada yatan və xəstəliyi ayaqda keçirən insanların yaxşılaşma dönəminin 4-6 həftəsində edilən exokardioqrafiya analizi nəticəsində ürəkdə yaranan problemlərin dəqiq diaqnozunu təyin etmək mümkündür. Xüsusilə gənclərə idmana başlamazdan əvvəl ürək funksiyalarını müayinə etdirmək tövsiyə edilir.

COVID-19 infeksiyasından sonra sinədə ağrı, tənginəfəslik və ürək əzələsinin zədələnməsi həm də perikarditi aşkar etmək üçün exokardiyoqrafiya aparmaq çox vacibdir” , - professor qeyd edib. (Publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru