Azərbaycanda “Twitter” “Facebook”u qabaqladı

2-02-2021, 08:08           
Azərbaycanda “Twitter” “Facebook”u qabaqladı
2021-ci ilin yanvarında Azərbaycanın sosial şəbəkə bazarında “Twitter” 25,17 faiz payla birinci yerdə qərarlaşıb

KONKRET.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, ikinci yerdə 20,27 faiz göstərici ilə “Facebook” olub. Bu şəbəkənin Azərbaycanda aktiv istifadəçilərinin sayı dekabrla müqayisədə 0,23 faiz azalıb.

“Instagram” sosial şəbəkəsinin istifadəçilərinin sayı 4,59 faiz artaraq 20,1 faiz təşkil edib.

“YouTube” istifadəçilərinin fəallığı bir ay ərzində 5,55 faiz artaraq 19,3 faizə bərabər olub.

“Pinterest”in payı 13,92 faiz, “VKontakte” sosial şəbəkəsinin payı 0,45 faiz təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru