İlon Mask "Starship"in partlamasını şərh etdi

4-03-2021, 08:30           
İlon Mask "Starship"in partlamasını şərh etdi
Amerikalı sahibkar, "Tesla" və "Spacex" şirkətlərinin banisi İlon Mask "Starship" kosmik gəmisinin eniş etdikdən sonra partlamasını şərh edib.

Trend-in məlumatına görə, İ.Mask bu barədə özünün "Twitter" səhifəsində yazıb.

İ.Mask bildirib: "Starship SN10" salamat eniş etdi!". Onun sözlərinə görə, "SpaceX" komandası çox böyük iş görür.

Sahibkar əlavə edib ki, nə vaxtsa əsl müvəffəqiyyət əlaməti "Starship"in uçuşlarının adi hala çevrilməsi olacaq.

Xatırladaq ki, daha əvvəl "SpaceX" şirkəti Marsa missiyalar üçün nəzərdə tutulan "Starship" kosmik gəmisinin prototipini bir neçə uğursuz cəhdlərdən sonra yerə endirə bilib. Enişin uğurlu başa çatmasına baxmayaraq bir neçə dəqiqədən sonra kosmik gəmi partlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru