"DÜNYANIN ÇARXI" DÖNÜR: Xərçəng xəstəliyi artacaq, genetik mutasiyalar yaşanacaq

17-03-2021, 08:30           
"DÜNYANIN ÇARXI" DÖNÜR:
Şimal qütbünün cənub, cənub qütbünün da şimal olması qısa müddətdə reallaşa bilər. Hərçənd ki, bu prosesin 2 min il çəkəcəyi gözlənilirdi.

Publika.az xəbər verir ki, bununla əlaqədar Avropa Kosmos Təşkilatı tərəfindən araşdırma aparılıb.

Aparılan son araşdırmalar prosesin 100 il içərisində tamamlanması ehtimalını gündəmə gətirib.

Avropa Kosmos Təşkilatı nəticə olaraq bildirib ki, Şimalda qütb nöqtəsi 1831-ci ildən bu yana Sibir istiqamətində irəliləyir. Eyni zamanda dünyanın maqnit sahəsi də təxmin edilənlərdən 10 qat çox zəifləyir.

Maqnit sahəsinin zəifləməsi dünyanın qoruyucu qalxanının da zəifləməsi deməkdir. Buna görə, elm adamları xərçəng xəstəliyinin artması və genetik mutasiyaların yaşanması, canlıların zәrәr görә bilәcәyi ilə bağlı xəbərdarlıq ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru