Okeanlarda Yer atmosferini məhv edən maddələr aşkar edilib

17-03-2021, 08:39           
Okeanlarda Yer atmosferini məhv edən maddələr aşkar edilib
Dünya okeanları xlorofluorokarbonlar daxil olmaqla nəhəng qaz anbarıdır. Onlar ozon qatını tükətmək xüsusiyyətinə malikdirlər.

Phys.org-un məlumatına görə, Massaçusets Texnologiya İnstitutunun alimləri belə qənaətə gəlib.

Okeanlar indi ozonu dağıdan kimyəvi maddələri mənimsəyirlər, lakin 2075-ci ilə qədər əksinə, onları atmosferə atmağa başlayacaqlar.

Söhbət əsasən CFC-11 olaraq bilinən xlorofluorokarbon növündən gedir. Bu kimyəvi maddə soyuducu və izolyasiya köpükləri istehsalında istifadə edilir. “Montreal Protokolu”na uyğun olaraq 2010-cu ildən bəri CFC-11-in istehsalı və istifadəsi ləğv edilib.

Alimlər 2130-cu ilə qədər okeanların bütün planetin iqlim vəziyyətinə təsir göstərə biləcək miqdarda qaz buraxacağını düşünürlər. Eyni zamanda, qlobal istiləşmə sürəti bu proseslərin başlanğıcını 10 il yaxınlaşdıra bilər.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru