Ömürlüklər də əfvə düşəcəklər? - AÇIQLAMA

17-03-2021, 17:14           
Ömürlüklər də əfvə düşəcəklər? - AÇIQLAMA
Hazırda cəmiyyətdə ən çox müzakirə edilən mövzulardan biri də məhbusların əfv olunması ilə bağlıdır. Ənənəvi olaraq Novruz bayramı ərəfəsində prezidentin verəcəyi növbəti əfv sərəncamlarının müvafiq nəticəsi gözlənilir.

Maraqlıdır ki, ömürlük həbs cəzasına məhkum olunan məhbuslardan azadlığa qovuşacaq şəxslər olacaqmı?

Qeyd edək ki, sonuncu sərəncam 2019-cu ildə Novruz bayramı ərəfəsində olub. Ötən il isə pandemiya ilə əlaqədar aprel ayında yaşı 65-dən yuxarı, risk qrupuna aid bəzi məhkumların cəzaçəkmədən azad olunması ilə bağlı Prezident İlham Əliyev tərəfindən sərəncam imzalamışdı.

Bu barədə "Sherg.az"a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu müvafiq siyahının artıq verildiyini bildirib:

""Bütün siyahını təqdim etmişik. Siyahıda ömürlük həbs cəzasına məhkum olan bir neçə şəxsin adını qeyd etmişik. Lakin necə nəzər saldıqlarını və kimlərin əfv olunacağını bilmirik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru