Milyarderlər pandemiya dövründə 4 trilyon qazandı

4-04-2021, 08:19           
Milyarderlər pandemiya dövründə 4 trilyon qazandı
COVİD-19 pandemiyası müddətində milyarderlərin sərvətləri 4 trilyon dollar artıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat Siyasət Araşdırmaları İnstitutunun (İSP) hesabatında yer alıb.

“Pandemiya müddətində (18 mart 2020 - 18 mart 2021-ci il) 2 min 365 milyarderin sərvəti 54 faiz artımla 4 trilyon dollara çatıb.

Ən zəngin 20 milyarderin sərvəti isə 68 faiz artıb. Onlar 742 milyard dollar gəlir əldə edib”, - hesabatda bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.