Ağciyər xərçənginin belə əlamətləri ola bilər - XƏBƏRDARLIQ

16-04-2021, 07:50           
Ağciyər xərçənginin belə əlamətləri ola bilər - XƏBƏRDARLIQ
Ağciyər xərçəngi doqquz simptomla özünü göstərə bilər.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Britaniya Xərçəng Araşdırma Mərkəzindən açıqlama verilib.

Bildirilib ki, xəstəliyin ən çox müşahidə edilən göstəricisi istisnalar olmaqla davamlı öskürəkdir. Ağciyər xərçəngi xəstəliyi ağız suyu xaric edildiyi zaman, tərkibində qanın olması kimi simptomlarla da özünü göstərə bilər.

Bundan əlavə nəfəs çatışmazlığı və döş qəfəsində ağrılar xəstəlik barədə xəbər verə bilər.

Mütəxəssislər iştahsızlığa, kəskin çəki itkisinə və davamlı yorğunluq hissinə diqqət yetirməyi məsləhət görür. Həmçinin təkrarlanan sinə infeksiyaları zamanı diqqətli olmaq lazımdır.

Təşkilatın məlumatında qeyd edilir ki, sadalanan simptomlar aşkarlanarsa, dərhal tibbi müayinədən keçilməlidir.

"Xərçəng qastritin başlamasından 20 il sonra özünü göstərə bilər. Hazırda onkoloji xəstəliklər "cavanlaşır". Xoşagəlməz simptomlar meydana gəldiyi təqdirdə mütləq həkimlə məsləhətləşin", - deyə onkoloq Yuri Pokrovski xəbərdarlıq edib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.