Azərbaycanlı oliqarx oğlunun Avropadakı bahalı mülkləri müsadirə olunur- MƏHKƏMƏ QƏRARI

13-05-2021, 16:28           
Azərbaycanlı oliqarx oğlunun Avropadakı bahalı mülkləri müsadirə olunur- MƏHKƏMƏ QƏRARI
Keçmiş senator Fərhad Əhmədovun tərəfdarları keçmiş arvadına London məhkəməsinin qərarı ilə verəcəyi boşanma təzminatını ödəməməsi üçün yeni bəhanələr tapırlar.

Dünya və Rusiya mediası, London Ali Məhkəməsinin Azərbaycan əsilli rusiyalı milyarderin keçmiş həyat yoldaşı Tatyanan
Fərhad Əhmədova gəldikdə, sərvətini Rusiyada qazanıb, bu ölkəni çoxdan tərk edib və Dubay ilə doğma Azərbaycan arasında yaşayır.

Fərhad Əhmədovla Tatyana 1990-cı illərin əvvəlində evləniblər və dərhal Böyük Britaniyaya köçüblər. Onların ailəsində iki uşaq doğulub – oğulları Teymur və Eqdar. Lakin nikahları çat verib, 2013-cü ildə Tatyana ərinin davranışları səbəbindən boşanma üçün iddia qaldırıb.

Məlum olub ki, Fərhad Əhmədov 10 ildən çox faktiki iki evdə yaşayıb, gizlincə gənc model Anna Adamova ilə görüşüb. Britaniya mediasının yazdığı kimi, bir ailə tətili zamanı Anna qonşu kurorta gəlib və Əhmədovun hidroplanla arvadının yanından onun yanına qaçıb. Teymurun sözlərinə görə, anası hər şeyi təxmin edib. Annanın Fərhaddan oğlu dünyaya gələndə isə buna artıq susa bilməyib.

2016-cı ildə London məhkəməsi Əhmədovun Tatyanaya sərvətinin təqribən 40 faizini , demək olar ki, 600 milyon dollar təzminat ödəməsinə qərar verib. Oliqarx bu qərarı "tualet kağızı parçası" adlandırıb və buna riayət etməkdən qəti şəkildə imtina edib. İddiasına görə, Tatyana ilə uzun illər əvvəl Moskvada boşanıb və bu illər ərzində onunla birlikdə yaşamağa davam etdiyini iddia edib.



Ancaq London məhkəməsi Əhmədovun vəkilləri tərəfindən verilən "Moskva" boşanmasına dair sənədləri uydurma hesab edib və qərarını qüvvədə saxlayıb, sonra bunu Moskvadakı məhkəmə təsdiqləyib. O vaxtdan bəri Tatyana Əhmədova və vəkilləri keçmiş ərinin mülklərini dünyada axtarır.

2020-ci ilin yanvarında isə oğlu Teymura qarşı məhkəməyə müraciət edib, bu illər ərzində atasına ailə kapitalını ondan gizlətməyə kömək etdiyindən şübhələnib.

Məhkəmə qərarı ilə ortaya çıxan ata və oğul Əhmədovların hüquqşünaslar, bankirlər və məsləhətçilərlə yazışmaları bu illər ərzində mülkləri necə gizlətməyi bacardıqlarına aydınlıq gətirib.

Mənbə: Lent.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.