Tikinti materialları, bütün məişət əşyaları, avtomobil hissələri, qızıl-gümüş bahalaşıb - SİYAHI

13-05-2021, 16:33           
Tikinti materialları, bütün məişət əşyaları, avtomobil hissələri, qızıl-gümüş bahalaşıb - SİYAHI
Bu ilin aprel ayında ən çox bahalaşan və ucuzlaşan qeyri-ərzaq malları açıqlanıb.

Ən çox bahalaşan ərzaq məhsulları – SİYAHI
FED.az Dövlət Statistika Komitəsinə istinədən xəbər verir ki, 2021-ci ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 103,9 faiz təşkil etmişdir.

Teref.az qiymətləri ən çox dəyişən qeyri-ərzaq mallarının siyahısını təqdim edir:



Ən çox bahalaşanlar



Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma

pambıq parçaların,

boyaların,

divar kağızlarının,

polietilen su və kanalizasiya borularının,

kəsilmiş taxtaların,

sementin,

soyuducuların,

paltaryuyan maşınların,

kondisionerlərin,

televizorların,

minik avtomobilləri üçün ehtiyat hissələrinin,

zərgərlik məmulatlarının,

qiymətlərində müşahidə olunmuşdur.



Bu dövrdə ucuzlaşma isə əsasən

mobil telefonların

və yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur.



Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru