Alimlərin araşdırması davam edir: Koronavirus laboratoriyadan çıxıb, yoxsa…?

14-05-2021, 11:54           
Alimlərin araşdırması davam edir: Koronavirus laboratoriyadan çıxıb, yoxsa…?
Beynəlxalq alimlər qrupu nəhayət, etiraf ediblər ki, koronavirus iki səbəbdən yayılıb.

Turkustan.info xəbər verir ki, bu barədə “Science” jurnalında məqalə dərc edilib.

Məlumata görə, alimlər koronavirusun yayılmasının səbəbini aydınlaşdırmaq üçün iki versiya üzərində dayanıblar.

Birinci versiya koronavirus infeksiyasının onurğalı heyvanlardan insana keçməsi, ikinci versiya isə Çinin Uhan şəhərindəki laboratoriyadan havaya sızmasıdır.

Ötən ilin mayın 20-dən BMT Baş Assambleyasının təklifi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çin aliməri ilə birlikdə dünyanı narahat edən bu məsələ üzərində işləyirlər.

Nəhayət, alimlər bu qərara gəliblər ki, koronavirusun laboratoriyadan sızması inandırıcı deyil, amma zoonoz nəticəsində, yəni onurğalı heyvandan insana keçməsi ehtimalı daha yüksəkdir.

Alimlər bildiriblər ki, bu məsələ aydınlaşdırılarkən bütün maraq konfliktləri minimum səviyyədə olub və qeyd edilib ki, məlumatlar çox azdır:

“Buna görə tədqiqat laboratoriyaları geniş məlumat verməlidirlər və buna müstəqil ekspertlər tərəfindən nəzarət edilməlidir”, – deyə alimlər vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.